Zəhmətkənd (keçmiş adı Musabəyov) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zəhmətkənd kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən şimalda, 15 km məsafədə yerləşir.

Toponimikası Zəhmətkənd (oyk.). Dağ ətəyindədir. Oykonim rəmzi məna daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1398 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmış şəxslər Aşıq Oruc Əhmədov — Ustad aşıq.

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri