Brudzinski simptomu — Meningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlardan hesab edilir.

► Brudzinski (yuxarı) simptomu – arxası üstə uzanmış xəstədə həkim ənsə əzələlərinin rigidliyini yoxladıqda, passiv olaraq başı önə əyir, bu zaman ətraflar diz və bud-çanaq oynağında bükülür.

► Brudzinski (orta) simptomu – qasıq nahiyəsinə təzyiq göstərdikdə reflektor olaraq ətraflar diz və bud-çanaq oynağında bükülür.

► Brudzinski (aşağı) simptomu – Kerniq simptomunda olduğu kimi bükülmüş ətrafı diz oynağında açırlar. Bu zaman digər ətraf diz oynağında bükülür.

İstinadlar

Kateqoriya:Nevrologiya Kateqoriya:Nevroloji sindromlar Kateqoriya:Tibbi əlamətlər Kateqoriya:Əsəb sistemi xəstəliklərinin simptomları