Rixard Ziqmondi (; 1 aprel 1865, Vyana — 23 sentyabr 1929, Göttingen) — Avstriya kimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı (1925).

Həyatı Ziqmondi Rixard Adolf Vyanada 1865-ci ildə anadan olmuşdur. 1887- ildə Vyana Ali Texniki Məktəbini, 1889- cu ildə isə Münhen Universitetini bitirmişdir. 1903- 1907- ci illərdə Gettingen Universitetində üzvi və kalloid kimya üzrə professor vəzifəsində çalışmışdır. 1908- 1929- cu illərdə Gettingen Universiteti nəzdindəki qeyri- üzvi kimya institutunun direktoru olmuşdur. 1925 - ci ildə R. Ziqmondiyə kalloid məhlulların heterogen təbiətini müəyyən etdiyinə və müasir kalloid kimyada mühüm əhəmiyyət kəsb edən orijinal metodlar işləyib hazırladığına görə Nobel mükafatı verilmişdir.

İstinadlar

Həmçinin bax Nobel mükafatı

Kateqoriya:Avstriya kimyaçıları Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Münxen Lüdviq-Maksimilian Universitetinin məzunları Kateqoriya:Vyana Texnologiya Universitetinin məzunları Kateqoriya:Vyana Universitetinin məzunları Kateqoriya:Almaniya kimyaçıları