"Qanun naminə" — Lider televiziya və radiosunun sifarişi ilə "ProMix Production" şirkəti tərəfindən lentə alınan teleserial.
Məzmun
Film haqqında "Qanun naminə" teleserialının məqsədi tamaşaçıları XX əsrdə törədilmiş və Azərbaycanın Dövlət Təhlükəsizlik orqanları əməkdaşlarının peşəkarlığı sayəsində açılmış cinayətlərin tarixi ilə tanış etməkdir.
Teleserialın ilk 8 seriyası XX əsrin 30-60-cı illərində baş verən hadisələrə həsr edilib. Bu teleserial tamaşaçıya keçən əsrin atmosferini dərindən dərk etməyə və həmin dövrdə baş verən hadisələri hiss etməyə kömək edəcək. Tamaşaçı həmçinin bu telerserial sayəsində iki müxtəlif dövrü müqayisə edə biləcək.
Teleserialda tarixi xronika və sənədlərdən, həmçinin arxiv materiallarından istifadə olunub. Teleserial stereomusiqidən istifadə etməklə HD formatında çəkilib.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: İsmayıl İmanov Quruluşçu rejissor: Xanlar Ağayev Quruluşçu operator: Nadir Mehdiyev Bəstəkar: Rəşad Həşimov
Rollarda Rasim Balayev Əbdülqəni Əliyev Kamran Ağabalayev Elman Rəfiyev
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Mənbə Yeni serial: "Qanun naminə" "Qanun naminə" çoxseriyalı televiziya filmi tezliklə Lider-TV-də (youtube)
Xarici keçidlər Filmi izlə (1-3, 5-8-ci seriyalar) Filmi izlə (4-cü seriya)
Kateqoriya:2013-cü ilin Azərbaycan teleserialları