Yan Cozef Somerhalder (; d. 8 dekabr, 1978) — ABŞ–lı aktyor, model və prodüser. Lost serialındakı Boone Carlyle və The Vampir Diaries serialındakı Damon Salvatore obrazları ilə tanınmışdır.

Həyatı Somerhalder ailənin ikinci evladıdır. İki qardaşı var Robert və Robin. O 10 yaşından 13 yaşına qədər model kimi fəaliyyət göstərib.

Karyeradan əvvəl Yan Somerhalder, 8 dekabr 1978-ci ildə masaj terapisti Edna Somerhalder və podratçı Robert Somerhalderın oğlu olaraq Kovinqton, Luizianada doğulub, böyüyüb. Bob adında keçmiş peşəkar velosipedçi, qardaşı və Robin adında bir radio və televiziya jurnalisti bacısı var. Atası Fransız və İngilis mənşəlidir. Anasının isə mənşəyi İrlandiya və Choctav qəbiləsinə əsaslanır. Somerhalder soyadı onu övladlığa götürən böyük böyük babasından gəlmişdir. Somerhalderın bioloji böyük babası isə varlı bir İngilis torpaq sahibidir. Qaçqın bir işçiyə, hamilə qalan məşuqəsiylə evlənməsi və körpəyə adını verməsi üçün pul ödəmişdir. Bioloji böyük babasının soyadı Halldır.

Filmləri Məşhurlar (Celebrity)1998 Ev kimi bir həyat (Life as a House) 2001 Qəlblərin dəyişdirilməsi (Changing Hearts) 2002 Düşmən əlində(In Enemy Hands)2004 Yaşlı adam və studiya (The Old Man and the Studio)2004 Görmə hissi (The Sensation of Sight)2006 Anomaliya (The Anomaly)2014

Televiziya İndi və yenidən (Now and Again)1999

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Vampirin gündəlikləri Kateqoriya:ABŞ aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ televiziya aktyorları