«Vasabi» () — 2001-ci ildə çəkilən bədii film.

Sloqanı: () — «Vasabi buruna vuran kiçik xardaldır».

Məmun Yuber Fiorentini (Jan Reno) Fransanın ən ekssentrik polisidir. Əla detektiv olsa da, cinayətkarlarla mübarizədə istifadə etdiyi üsullar onun idarəsinin xoşuna gəlmir. Onu məzuniyyətə göndərirlər. Bir gün Yuber xəbər tutur ki, 19 il görmədiyi yeganə sevdiyi qadın Yaponiyada vəfat edir. Dəfn mərasimində 19 yaşlı Yumi (Ryoko Hirosue) adlı qızının olduğunu öyrənir. Növbəti gün Yuminin 20 yaşı olacaq, bu da onun həddi-buluğa çatdığı deməkdir. Yumi gəru həyat tərzi sürür, onun bank hesabında $ 200 000 000 var, lakin o, pulları ancaq 20 yaşı olduğda hesabdan çıxarda bilər. Bu azmış kimi, Yuminin pullarını «Zebra» adlı yakudzalar ələ keçirmək istəyir. Yenigələn Yuber öz üsulları ilə problemləri həll etmək məcburiyyətində olur.

Rollarda Yuber — Jan Reno Yumi — Ryoko Hirosue Momo — Mişel Müller Sofi — Karol Buke Takanava — Yoşi Oida Yapon komissar — Kinşiro Oyama

Maraqlı faktlar Vasabi — Yaponiyada istifadə olunan xardala oxşar acı dadlı ədviyyatdır. Səhnələrin çoxusu Tokioda çəkilib, filmdə yoldan keçənlərin Yaponiyada böyük ulduzlar olan Jan Reno və Ryoko Hirosue tərəfə çönüb baxdığlarını görmək olar. Yuber «Les Visiteurs» filmindəki baş qəhrəmanın adıdır. Ryoko Hirosue fransız dilini bilmədiyinə görə mətni əzbərləmişdi. Qolf oynayarkən polis şefi Yuberdan soruşur, ki «Sizin əsliniz yoxdur?», bu «Leon» filminə istinaddır. Hesabdaki pul dollarla idi, lakin Yuberin hesabına keçirildikdə avro olur. O zaman dollar və avronun kursu eyniydi.

Keçidlər

Kateqoriya:2001-ci ilin filmləri Kateqoriya:Lük Bessonun filmləri Kateqoriya:Tokio haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Yaponca filmlər Kateqoriya:Yakuza filmləri Kateqoriya:2001-ci ilin Fransa filmləri Kateqoriya:Qeyri-yapon mədəniyyətində Yaponiya Kateqoriya:Yaponiyanın dram filmləri Kateqoriya:Yaponiyanın döyüş filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Fransanın triller filmləri Kateqoriya:Polis məmurları haqqında filmlər Kateqoriya:Parisdə çəkilən filmlər Kateqoriya:Tokioda çəkilmiş filmlər Kateqoriya:Yaponiyanın komediya filmləri Kateqoriya:Kioto haqqında filmlər