Çılpaqgözlülər () — Uzunayaqlar fəsiləsinə aid cins.
Məlumat Çılpaqgözlülər əsasən kiçik ölçüyə malik olurlar. Onların ümumi uzunluğu 15 olur. Bədənləri yumru və yumşaq pulcuqlarla örtülü olurlar. Bu cinsə daxil olan kərtənkələlərin özünəməxsus xüsusiyyəti ondadır ki, onların göz qapaqları yoxdur. Bu xüsusiyyət oları ilanlara bənzədir.
Çılpaqgözlülər Cənubi Avropa, Cənubi Qafqaz, Önasiya, Mərkəzi Asiya və Pakistanın şərqi, Hindistanın qərbi kimi ərazilərdə yayılmışdır. Onlar əsasən otluqlarda və qumlu ərazilərdə yaşayırlar. Bu növə daxil olan kərtənkələlər yumurta qoymaqla çoxalırlar.
Klassifikasiya Əvvəllər bu cinsə 35 növ daxil edilirdi. Onlar Avrasiyadan Afrikaya Avstraliya və Okeaniya ərazilərinə kimi yayılmışdır. İ. Fun araşdırmaları nəticəsində müstəqil cins olan Ablepharus 9 növ qalmışdır.The Reptile Database: Ablepharus .
Növləri:
İstinadlar
Ədəbiyyat Банников А. Г., Даревский И. С., Ищенко В. Г., Рустамов А. К., Щербак Н. Н. Определитель земноводных и пресмыкающихся фауны СССР. Учеб. пособие для студентов биол. специальностей пед. институтов. — М.: Просвещение, 1977 — С. 154. Жизнь животных в 7-ми т. / Гл. редактор В. Е. Соколов. Т. 5. Земноводные и пресмыкающиеся. / А. Г. Банников, И. С. Даревский, М. Н. Денисова и др.; под ред. А. Г. Банникова — 2-е изд., перераб. — М.: Просвещение, 1985. — С. 217.
Xarici keçidlər
Çılpaqgözlülər (Ablepharus)
Kateqoriya:1823-cü ildə təsvir edilən sürünənlər Kateqoriya:Sürünən cinsləri