Edvard Kristofer "Ed" Şiran (; O'Brien, Jon. "Ed Sheeran Biography" . AllMusic.com. Mənbə 10 dekabr 2015.) — ingilis müğənni, mahnı yazarı, musiqiçi.

Həyatı 1991-ci ildə İngiltərədə Yorkşirdə anadan olmuş və Suffolk qraflığında böyümüşdü. O, 16 yaşında məktəbi atdı və növbəti 2008-ci ildə karyerasını davam etdirmək üçün Londona köçmüşdür. 2011-ci ilin başlığında Şiran No. 5 Collaborations Project adlı genişləndirilmiş minialbom buraxdı, hansı ki, Elton Conun və Ceymi Foksun diqqətini cəlb eləmişdi. Asylum Records ilə müqavilə imzalandıqdan sonra, onun debüt albomu + ("üstəgəl" kimi oxunur) 9 sentyabr 2011-ci ildə buraxıldı və o vaxtdan Böyük Britaniyada altı dəfə platin sertifikatını almışdı. 2012-də Şiran "Ənyaxşı solo kişi" və "Britaniyada ilin irələyişi" (il ərzində ən çox irəli gedən) nominasiyalarında Brit Awards mükafatlarını qazandı."Ən yaxşı musiqiçilər seçildi" Arxiv Mənbə 24 iyul 2016"Brit Awards 2012: List of Winners" . BBC News. 21 fevral 2012. Mənbə 24 noyabr 2015.

Xaricdə Şiran 2012-ci ildə başladı tanınmağa. ABŞ-də o, Teylor Sviftin "Red" adlı dördüncü studio albomunda qonaq gismində iştirak etmişdi."New Video: Taylor Swift featuring Ed Sheeran, 'Everything Has Changed''. MTV News. 6 iyun 2013. Mənbə 24 noyabr 2015. "The A Team" mahnısı 2013-cü ildə Qremmi mükafatının "İlin mahnısı" mükafatına nominasiya edilmişdir." "Qremmi"yə namizədlər açıqlandı – SİYAHI " Eddebiyyat Mənbə 24 iyul 2016 Mərasimdə Ed mahnını Elton Conla ifa etmişdir. 2013-cü ilin sonunda o, Nyu-Yorkda 3 anşlaqla qarşılanan konsert verdi.

Onun ikinci studiya albomu x ("vurmaq" kimi oxunur) 23 iyun 2014-cü ildə buraxılıb."Ed Sheeran confirms new album title and release date" . NME News. 6 April 2014. Retrieved 24 November 2015. Albom Böyük Britaniya və ABŞ çartlarında bir nömrəyə yüksələ bilmişdi. 2015-ci ildə Edin x albomu Britaniya Musiqi Mükafatının "İlin albomu" nominasiyasında qalib olmuşdur."Winners" .Brits. Mənbə25 noyabr2015. Onun Thinking Out Loud mahnısı 2016-cı ildə iki Qremmi Mükafatını (İlin Mahnısı və Ən yaxşı solo pop ifası nominasiyalarında) qazana bilmişdi.2015-ci ilin iyulunda öz dünya turnesi çərçivəsində Şiran Londonda Uembli stadionunda üç anşlaqla qarşılanan konsert vermişdi, bu onun solo konsertlər içərisində ən yaxşı nəticəsidi."mtv review: ed sheeran absolutely smashes wembley stadium show". MTV. 12 iyul 2015. Mənbə 24 noyabr 2015

Diskoqrafiya + (2011) x (2014) ÷ (2017) No.6 Collaborations Project (2019) = (2021) − (2023) Autumn Variations (2023) Play (2025)

Turları + Tour (2011–13) x Tour (2014–15) Fusion Festival (Friday) (2015)

İstinadlar

Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Ayvor Novello mükafatı laureatları Kateqoriya:Atlantic Records artistləri Kateqoriya:Britaniya musiqiçiləri