Düzənlik kələzi () — Kələzlər fəsiləsinə aid cins.
Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır.
Əvvəllər bu cinsə daxil olan kələzlər, kələzlər cinsinə daxil edilirdi.
Bədən quruluşu Düzənlik kələzi yastıvari bədən quruluşuna sahibdir.Yaşadığı ərazilərə uyğun olaraq rəngi sarımtıl-qəhvəyidir və bu rəng tonları gizlənməyə kömək edir. Başı üçbucaq formalıdır, gözlər və qulaq dəlikləri aydın seçilir.
Bədən qeyri-bərabər pulçuqlarla örtülüldür. Uzun quyruğu ümumi bədən uzunluğuna yaxın, bəzən isə ondan da uzun ola bilir.
Ətraflar yaxşı inkişaf edib - uzun formalı və caynaqlıdır. Bu quruluş düzənlik kələzinə cəld hərəkət etmə və qayalıq ərazilərdə asan dırmanma imkanı verir.
Yayılması Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası kimi ərazilərdə yayılmışdır.
Növ tərkibi Bu cinsə 15 növ daxildir:
İstinadlar
Kateqoriya:Kələz Kateqoriya:Kərtənkələlər Kateqoriya:Sürünən cinsləri