Aylan KürdininAccording to his family, the spelling of the boy's name had been changed by Turkish authorities to Aylan, but was in fact spelled as Alan. ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır.
Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində doğulmuşdur. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir.
Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir.
Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib.
Aylan Kürdinin ölüsünün şəkilləri
Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir.
Şəklə reksiyalar
Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır. Birləşmiş Krallığın Baş naziri Devid Kameron şəklin ona dərindən təsir etdiyini demiş və İngiltərə hökumətinin daha çox suriyalı qaçqın qəbul edəcəyini söyləmişdir.
Suriya müharibəsindən qaçqınlar
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Avropa miqrant böhranı Kateqoriya:Suriyada vətəndaş müharibəsi