Şəki Hava Limanı - Azərbaycanın Şəki şəhərində yerləşir. 1932-ci ildə fəaliyyətə başlamışdır. 1997-ci ildən bəri normal vəziyyətdə olsa da, fəaliyyət göstərmir. 132 hektar sahəni əhatə edir və 4 təyyarəni eyni vaxtda qəbul etmək imkanı var. Aeroportun radiotexniki avadanlıqları saz vəziyyətdədir, uçuş-enmə zolağı, demək olar ki, 1600 metrdir. Şəki hava limanının fəaliyyətinin yenidən bərpası isə 2015-2018-ci ilin Dövlət Proqramında nəzərdə tutulmuşdu.
“Azərbaycan Hava Yolları” QSC-nin 2018-2025-ci illər üçün strateji planında Şəki Hava Limanının tikintisi 2022-2023-cü illərdə proqnozlaşdırılıb.
Həmçinin bax
Quba Hava Limanı
İstinadlar
Xarici keçidlər
Bu il Azərbaycanın Şəki rayonunda hava limanının yenidən qurulması planlaşdırılır
Kateqoriya:Azərbaycan hava limanları