Con Ostin (; ) — ingilis hüquqşünası.
Hüquqi pozitivizm prinsiplərinin nəzəri cəhətdən əsaslandırılması ilk dəfə Con Ostindən başlamışdır. Con Ostin Ceremi Bentamın utilitarizminin davamçısıdır. İngiltərə və ABŞ-nin hüquqi elmlərində Ostinin əsərlərinin təsiri altında analitik hüquqşünaslıq adı ilə tanınmış nümayəndəli məktəb formalaşmışdır.
Fəaliyyəti Con Ostin 1832-ci ildə London Universitetində oxuduğu mühazirələrin bir hissəsini "Hüquqşünaslıq sahələrinin müəyyənləşdirilməsi" adı ilə kitab halında çap etdirmişdirLectures on Jurisprudence, or, The Philosophy of Positive Law. Bütövlükdə onun "Hüquqşünaslıq və ya pozitiv hüquq fəlsəfəsi üzrə mühazirələr"i 1863-cü ildə ölümündən sonra nəşr edilmişdir.
Ostin təbii hüququ və dövlətdə fəaliyyətdə olan qanunlara qiymətləndirici yanaşmanı inkar etmirdi, ancaq bu problemləri hüquqşünaslıq hüdudlarından kənara çıxarmışdı. O, insanın cəmiyyətdə davranışını müəyyən edən qanunların aşağıdakı növlərini ayırırdı: ilahi qanunlar — Ostin bu termini daha üstün tutur və təbii hüquqdan daha dəqiq hesab edirdi. rəylərə əsaslanan pozitiv əxlaq qanunları — məsələn, vicdan qanunları dövlət hakimiyyətinin təyin etdiyi pozitiv qanunlar Göstərilən qanun növləri, müvafiq olaraq, etika və ya dentologiya, əxlaq elmi və hüquqşünaslıq kimi elmləri öyrənir.
İstinadlar Kateqoriya:XIX əsr İngiltərə yazıçıları Kateqoriya:Hüquq filosofları Kateqoriya:London Universitet Kollecinin müəllimləri Kateqoriya:XVIII əsr filosofları Kateqoriya:XIX əsr filosofları