Baalşamin məbədi — Məbəd Qədim Finikiya mədəniyyətinin incilərindən hesab olunur və indiki Suriya ərazisinin şimal-qərb bölgəsində yerləşir.Yaxın Şərqdə islamaqədərki dövrə aid təfəkkürlə bağlı inşa olunmuşdur. Ad öz mənşəyini o dövrdə iki güc sahibi ilahlardan biri hesab edilən Bəaldan almaqdadır. Səma allahı hesab edilən Bəal həmçinin Hədad adı ilə də tanınırdı. Onun digər üstün qüvvə sahibi Bel ilə dünyaya nəzarət etdikləri zənn olunurdu. Onun şərəfinə Bel məbədi ucaldılmışdı. Qədim təsəvvürlərə görə onlar günəş ilahəsi Əklibul və ay ilahəsi Malekbehli yaratmışdır. Onun atributları qartal və işıq saçan əsasıdır.
2015-ci ilin avqustunda İŞİD silahlı qüvvələri tərəfindən dağıdılmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Palmira Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:İŞİD tərəfindən dağıdılmış bina və tikililər Kateqoriya:Dağıdılmış məbədlər Kateqoriya:115 Kateqoriya:Qədim Roma məbədləri Kateqoriya:Suriya abidələri Kateqoriya:Suriyadakı dini tikililər Kateqoriya:Suriyadakı ümumdünya irsi Kateqoriya:II əsrdə tamamlanmış tikililər