Riversayd Muzeyi () — Şotlandiyanın Qlazqo şəhərində yerləşən muzey. Muzey Klayd çayının sahilində yerləşir və həm şəhər, həm də çay tərəfindən muzeyə giriş var.

Tarixi Riversayd Muzeyi 2013-cü ildə 41 iştirakçı muzey arasında “Avropada ilin muzeyi” müsabiqəsinin əsas mükafatını almışdır.

Dizayn və tikintisi Zaha Hadidin rəhbərlik etdiyi “Zaha Hadid Architects” şirkəti muzeyi 2011-ci ildə tikmişdir. Hündürlüyü 36 metr olan şüşəli fasad binasında 3 min eksponata malik nəqliyyat muzeyi fəaliyyət göstərir. Binanın ziqzaqvari damı xüsusi sink panellərdən hazırlanıb.

Kolleksiyalar Muzey eksponatları arasında xüsusi stenddə bərkidilmiş, müxtəlif illərdə hazırlanmış velosipedlər var.

Qalereya

İstinadlar

Xarici keçidlər Muzeyin saytı

Kateqoriya:2011-ci ildə yarananlar Kateqoriya:Qlazqo muzeyləri Kateqoriya:Neofuturizm memarlığı Kateqoriya:Zaha Hadidin binaları