"Baku Marriott Hotel Boulevard" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən beşulduzlu otel. Azərbaycanın ən böyük hotelidir.İlham Əliyev Bakıda "Bulvar Hotel"in açılışında iştirak edib . president.az, 15.05.2015
Ərazisi Otel Bakı buxtasında, Ağ Şəhərdə yerləşir.
Fəaliyyəti Bu otel "Absheron Hotel Group"a daxil olan dördüncü hoteldir. Otel həm də "Marriott" brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection"un rəsmi üzvüdür.
İnşası Otel müasir üslubda inşa olunmuşdur. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana da var.
"Bulvar Hotel"də müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün şərait yaradılıb. Kompleksdə 5 iclas otağı var. Bu otaqlarda müxtəlif görüşlər, təlimlər, təqdimatlar təşkil etmək mümkündür.
Hotelin ziyafət zalında 1000-dən çox qonağın iştirakı ilə müxtəlif formatlı tədbirləri təşkil etmək mümkündür. Ziyafət zalının sahəsi 1300 m²-dir və avadanlıqla təchiz edilmişdir.
Hotelin sağlamlıq mərkəzi fitnes və SPA xidmətləri təklif edir. Burada 25 metrlik qapalı üzgüçülük hovuzu və müasir avadanlıqla təchiz olunmuş idman zalı fəaliyyət göstərir.
Hoteldə 818 nömrə var. Hotelin pəncərələrindən Xəzər dənizinə və Bakı bulvarına açılan mənzərəni seyr etmək mümkündür. Otaqların interyeri məşhur memarlıq şirkətləri tərəfindən dizayn edilib.
Hoteldə 3 restoran var: "The White City Lounge"; "The Green House Kitchen"; "Black City Cafe".
Fasiləsiz xidmət göstərən restoranların hər birinin ayrı-ayrılıqda açıq havada da xüsusi sahələri var. Restoranların nadir bədii konsepti tanınmış dizayn şirkəti tərəfindən yaradılıb. İnteryeri hotelin tarixini, müasir dizaynla uyğunlaşdırılmış irsini və kosmopolit dinamikliyini özündə cəmləşdirir.
Açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 15 may 2015-ci ildə hotelin açılışında iştirak etmişlər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2015-ci ildə tikilmiş hotellər Kateqoriya:15 mayda yarananlar Kateqoriya:Bakı hotelləri Kateqoriya:Ağ Şəhər