Məmmədli Cahangir Əbdüləli oğlu () — Azərbaycanın tanınmış jurnalisti. BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri.

Həyatı Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.

1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.

Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Filologiya elmləri doktoru, professorudur.

İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir.

2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi" nominasiyasının qalibi olub. Bundan əlavə jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür.

2005–2017-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri idi.

C. Məmmədli 2003–2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuşdur.

Beynəlxalq Seminar, Simpozium və Konfranslarda 2005-ci ildə Hollandiyada İctimai teleradionun problemləri 2006-cı ildə Türkiyədə türkdilli xalqların qurultayı 2007-ci ildə Moskva Dövlət Universitetində YUNESKO-nun təşkil etdiyi "Mediaobrazovanie" 2007-ci ildə Bakıda "Türk dünyası jurnalistikası"

Mükafatları Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdü — 21 iyul 2005-ci il "Şöhrət" ordeni — 25 noyabr 2019

Məqalələr Fəlsəfi publisistika: bu zamanın və bu məkanın tələbi. "Tənqid.net" jurnalı, № 8, səh. 194–201 Jurnalistikanın beynəlxalq yaradıcılıq prinsipləri. "Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi" I Beynəlxalq elmi-nəzəri konfransın materialları. "Bakı Universiteti" nəşriyyatı, 2012, səh. 11–12 Səlahəddin Xəlilov publisist kimi. Bakı, 2013, "Elm" nəşriyyatı, səh. 122–125 2. *Vətənə sevginin ölçüsüzlük ölçüsü. Bakı, 2013, "Naşir"jurnalı, № 5 Zaman sərhəddini aşan klassik publisistika. Bakı, 2013, "Füyuzat"jurnalı, № 4 Jurnalist yaradıcılığının bəzi peşəkarlıq məqamları. 1. "Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri". Əlibəy Hüseyn-zadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. BDU, Jurnalistika fakül-təsi, 2014, səh. 51–67 Müəllimliyin, tədqiqatçılığın və publisistikanın Şirməm-məd Hüseynov məktəbi. Biblioqrafiya. Bakı, "Bakı Univer-siteti" nəşriyyatı, 2014, səh. 4–12. Senzura sisteminin fəaliyyət mexanizmi. "Füyuzat" jurnalı, 2014, № 3, səh. 20–25. Bədii sözün "Ulduz" rəngi. "Ulduz"jurnalı, Bakı, "Təhsil" nəşr., 2015, səh. 3–7 Böyük alim, böyük müəllim. Mir Cəlal, II cilddə, Bakı, "Nurlar"nəşr., 2015, səh. 166–175 Fəlsəfi publisistikanın müasir problemləri. "Jurnalistika" seriyası, № 3 Bakı, "Elm və Təhsil" nəşr., 2015, səh. 42–59

Kitabları Jurnalistikaya giriş. B., 2001. Müasir jurnalistika. B., 2003 Jurnalistikanın müasir inkişaf meylləri. B., 2006 Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, "Zərdabi LTD" MMC, 2012, 38,5 ç.v. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, "Zərdabi LTD" MMC, 2012 Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (dərslik). Bakı, "Təhsil" nəşriyyatı, 2013

Filmoqrafiya Erməni soyqırımı. Türkün sözü (film, 2001) Azərbaycana namus və sevgiylə (film, 2006)

Həmçinin bax Həyatı

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan film redaktorları