left|thumb|Qızılyar körfəzi Qızılyar körfəzi — Xəzər dənizinin qərbində yerləşən körfəz. Materikin daxilinə 20 km daxil olmuşdur. Çıxacaq hissədə eni 40 km-dir. Dərinliyi 4 metrdir.
Körfəzə Kuma, Prorva, Lebıy Bakon, Talovka çayları axır. Akvatoriyasında Morskoy Biryuçok adası yerləşir. Sahilləri dayaz və bəzi yerlərdə isə bataqlıqlaşmışdır.
Körfəzin ərazisində onun bütün ərazisini əhatə edən Dağıstan qoruğu yaradılmışdır.
Körfəzin dayaz yerlərində qamış, adi qamış kimi bitkilər yayılıb. Nadir bitkilərdən adi qılıncotu və salviniya kimi bitkiləri göstərmək olar.
Qızılyar körfəzində okun, şuka, karp, nərə, uzunburun, ağ balıq, qızılüzgəc, çapaq, lilbalıq, külmə, qızılbalıq kimi balıqlar yaşayır. Suda-quruda yaşayanlardan — adi suilanı, çöl gürzəsi və Aralıq dənizi tısbağasının adlarını çəkmək olar. Burada həmçinin qutan, qızılqaz kimi quşlar yuva qurur, bəzgək, sultan toyuğu, dovdaqlar da yaşayırlar.
Körfəzin duzluğu 5-7 ‰ təşkil etdiyi halda, Xəzərdə bu rəqəm 12,8 ‰-dir.Dağıstan milli parkı
İnzibati cəhətdən Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə daxildir.
İstinadlar
Kateqoriya:Xəzər dənizi körfəzləri Kateqoriya:Dağıstan körfəzləri Kateqoriya:Dağıstan relyefi