FIFA 16 — EA Sports tərəfindən hazırlanan və Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One, Android və iOS kimi platformalarda oynanıla bilən videooyun.

FIFA seriyasının qadın milli komandalara yer verən ilk oyunudur. Həmçinin səsvermə yolu ilə üz qabığı üçün futbolçu seçilən və üz qabığında qadın futbolçu yer alan ilk oyundur.

Haqqında

İlk dəfə olaraq FIFA 16-da 12 qadın milli futbol komandasına yer verilmişdir. Bu milli komandalar Avstraliya, Braziliya, Kanada, Çin, İngiltərə, Fransa, Almaniya, İtaliya, Meksika, İspaniya, İsveç və ABŞ-dır. Kompaniyanın vitse-prezidenti Deyvid Rutter bildirmişdir: "Dünyadakı tanınmış qadın futbolçuları və milli komandaları səsvermə yolu ilə oyuna daxil etmək EA Sports üçün möhtəşəmdir." 2013-cü ildə İspaniya milli komandasının kapitanı Veronika Bokute change.org saytı vasitəsilə ərizə yazmış və EA Sportsdan bir oyunda qadın millilərə də yer verilməsini istəmişdir. İlk 24 saat içində 20.000 səs toplanmışdır.

FIFA 16-da həm kişi, həm də qadınların olduğu qarışıq komandalar yoxdur, həmçinin qadın milli komandalarla kişi milli komandalara qarşı oynamaq mümkün deyildir. Qadın milli komandalarla FIFA Qadınlar Dünya çempionatını turnirini oynamaq mümkündür.

Oyundakı 78 stadionun 50-si real həyatda mövcuddur. "Portsmut" klubunun stadionu Fratton Park FİFA-nın kreativ direktoru, Portsmut azarkeşi Simon Habberin 2015-ci ildə xərçən üzündən ölümünün xatirəsinə oyuna əlavə olunmuşdur.

Karyera moduna məşq etmək imkanı da əlavə edilmişdir.

Nəşr olunma

FIFA 16-nın nəşri 28 may 2015-ci ildə anons olunmuşdur.

Üz qabığındakılar

thumb|200px|Aleks Morqan + Üz qabıq oyunçuları Ərazi Oyunçu Yaponiya Şinci Kaqava Fransa Antoni Qriezman Avstraliya Stef KetliTim Keyhıl Meksika Marko Fabian Böyük Britaniya İrlandiya Cordan Henderson Braziliya Oskar Latın Amerikası(Braziliya və Meksika istisna) Xuan Kuadrado Polşa Arkadiuj Milik Kanada Kristina Sinklayr ABŞ Aleks Morqan Avstriya David Alaba İtaliya Mauro İkardi Türkiyə Arda Turan

İstinadlar

Kateqoriya:2015-ci ilin videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Kanada videooyunları Kateqoriya:Electronic Arts oyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Windows videooyunları