Eri () — ABŞ-nin Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir.

Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır.

Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır. Sahilində yerləşdiyi Eri gölünün parlaqlığına görə şəhər bəzən "Cəvahirat şəhəri" kimi də tanınır. 1972-ci ildə şəhər Amerika Şəhər mükafatını qazanmışdır.

Tarixi İrokez Konfedrasiyasının 6 xalqı (Seneka xalqı da daxil) indiki Eri ərazisində məskunlaşmışdılar. Avropalılar bura ilk dəfə 1753-cü ildə fransızların Yeni Fransanı Böyük Britaniya işğalından qurtarmaq üçün Presk Ayl qəsrini tikdikləri dövrdə çatdılar. Hazırda bu qəsr ərazisinin yaxınlığında Presk Ayl Ştat Parkı yerləşir. "Preske-isle" fransız sözü olub, "yarımada" deməkdir (hərfi tərcümədə "az qala ada"). 1760-cı ildə fransızlar qəsri tərk edəndə bu onların qərbi Niaqarada son vəzifələri idi. Həmin il — Fransa-Hindistan müharibəsindən 3 il əvvəl britaniyalılar qəsri ələ keçirdilər.History of Erie County, p. 503.

Eri mübahisəli olmuş Eri üçbucağı ərazisində yerləşirdi və bu ərazi Nyu York, Massaçusets, Pensilvaniya və Konnektikut ştatları tərəfindən iddia olunurdu. 1792-ci ilin 3 martında Konnektikut, Massaçusets və Nyu York öz iddialarını geri aldıqdan sonra hər hektarı 75 sentdən olmaqla Eri 151.640,25 $ qiymətə satıldı və Pensilvaniyanın bir hissəsi oldu. 1789-cu ilin yanvarında irokezlər federal dövlətdən aldıqları 1.200 $ və Pensilvaniya ştatından aldıqları 2.000 $ qarşılığında Erini tərk etdilər. Seneka xalqı isə ayrıca 1791-ci ilin fevralında 800 $ qarşılığında öz ərazi mübahisələrini geri çəkdilər.Nelson, pp. 103−104.

thumb|left|Eri gölü döyüşü.

Pensilvaniya General Assambleyası Presk Ayl yaxınlığındakı ərazinin mənimsənilməsi üçün tapşırıq verdi, amma bu tapşırıq 18 aprel 1795-ci ildə yerinə yetirildi. Pyerr Çarlz L'Enfantın Vaşinqtondakı işini tamamlayan və Pensilvaniya ilə Nyu York arasındakı sərhədin müəyyən edilməsində köməklik göstərən Endru Ellikot 1795-ci ilin iyununda Eriyə gəldi və şəhər planı üzərində işləməyə başladı. Eridə ilk yaşayış məntəqələri də həmin il salındı.History of Erie County, pp 505−506. Polkovnik Set Rid və onun ailəsi Nyu York ştatının Qeneva şəhərindən (daha əvvəl isə Massaçusets ştatının Aksbric şəhərində yaşayırdılar) Eri şəhərinə köçdü və beləliklə, Eri şəhərinin ilk sakinləri oldular.

1812-ci ildə ABŞ prezidenti Ceyms Medison şəhərin yaxınlığında dəniz donanması quraraq britaniyalıların əlindən Böyük göllər üzərindəki nəzarətini ələ almaq istəyirdi. Eri şəhərindən olan Daniel Dobbins (hazırda şəhərdəki körpülərdən biri onun adını daşıyır) və Nyu York ştatından olan Noa Braun tanınmış gəmi mühəndisləri idilər və onlar 4 artilleriya katerinin və 2 ikidorlu gəminin tikintisinə rəhbərlik etdilər. Oliver Azar Perri baş verəcək tarixi Eri gölü döyüşündə donanmaya rəhbərlik etmək üçün Rod-Aylenddən Eriyə gəldi."History of Erie County", pp. 299, 306.

thumb|right|Eri küçələri 1920-ci illərin əvvəllərində.

Eri şəhəri XIX əsrin ortalarında əhəmiyyətli balıqçılıq, dəmiryolu, gəmi tikintisi mərkəzi idi. Burada 3 dəmiryolu xətti kəsişirdi. Gecikmələr zamanı sərnişinlərin minməsində və boşaldılmasında, yükün satış və səyahətdə yaranan problemləri zamanı Eri şəhərindən dayanacaq kimi istifadə edirdilər. Dəmir yolları üçün standard ölçü təklif olunduqda Eri şəhərinin dəmiryol mərkəzi olmaması və bu işlərin yox olması təhlükəsi ortaya çıxdı. Merin başçılığı altında Eri sakinləri körpüləri yandırdılar, relsləri sökdülər, qiyam qaldıraraq dəmiryolları üçün standart ölçüyə etiraz etdilər. Bu hadisə tarixdə Eri dəmiryol müharibəsi adı ilə xatırlanır.

3 avqust 1915-ci ildə Millkrik çayının suları şəhərin işgüzar hissəsini basdı. Drenaj borusu və ya tunel töküntülərlə tıxanmışdı və nəticədə boru xarab oldu. Onun arxasınca şiddətli leysan səbəbi ilə 4 blok su hövzəsi yarandı. Nəticədə, daşqın üzündən 225 ev yerlə-yeksan oldu, 36 nəfər isə öldü. Şəhəri sel basdıqdan sonra şəhər meri Mils Braun Kitts Millkrik çayının bölərək şəhərin altından 2 mil axmasına, daha sonra Presk Ayl körfəzinə tökülməsinə nail oldu.

XIX əsrdə şəhərin iqtisadiyyatı tənəzzül etməyə başladı və şəhərdə deindustrializasiya baş verdi. Eri şəhəri Paslı kəmərin bir hissəsi oldu. ABŞ emaledici sənayesinin əhəmiyyəti, polad və daş kömür istehsalı, balıqçılıq zəifləməyə başladı. Şəhərin işgüzar hissəsi 1970-ci illərdə əhali sayının tənəzzül etməsinə qədər böyüməyə davam etdi. Avtomobil dövrünün başlamasından sonra şəhər əhalisinin böyük hissəsi Millkrik kimi əhalisi 50 mindən çox olan şəhərətrafı qəsəbələrə köçdü. Bu tənəzzülün rəsmi şəkildə qəbul edilməsindən sonra Eri sakinlər tərəfindən "Göldə səhv" və ya "Cansıxıcı Eri" adları ilə tanınmağa başlandı.

1972-ci ildə Eri şəhəri Amerika Şəhər mükafatını qazandı. 1961, 1994, 1995 və 2009-cu illərdə bu mükafat üçün finalçı oldu.

Coğrafiya thumb|right|upright|Millkrik çayının Eri zoorparkından keçən hissəsi.

Eri şəhəri (42.114507, −80.076213) koordinatlarında, Klivlend, Ohayo, Buffalo, Pittsburq, Nyu York arasında, Eri gölünün cənub sahilində yerləşir. Eri ərazisinin süxur daşları Devon dövrünə aid olub, alevrolit və gilli şistdən ibarətdir, üzərini isə bərk qaya gili və sandr örtür. Eridə çay sistemi Eri gölünün şimalına doğru axır, Ontario gölü və Müqəddəs Lavrentiya çayı vasitəsilə Atlantik okeanına tökülür. Erinin cənubunda drenaj sistemi bölünür. Burada bir çox çay Alleqeni və Ohayo çaylarının cənub istiqamətinə axır.

ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata görə şəhərin sahəsi 49,9 km2-dır. Bunun 49,4 km2 hissəsini quru, qalan hissəsini su hövzəsi (1,03 %, 0,5 km2) təşkil edir. Presk Ayl yarımadasında məşhur Presk Ayl Ştat Parkı yerləşir və bu park yerli sakinlər tərəfindən sadəcə "Yarımada" olaraq çağırılır. Presk Ayl yarımadasında 11 kilometr uzunluğunda ictimai çimərlik, balıqçılıq üçün yerlər, bataqlıqlar yerləşir.

thumb|left|Erinin yol xəritəsi.

Eri şəhərinin işgüzar hissəsinin planı Perri kvadratı şəbəkəsi əsasında tikilib. Şəhər mərkəzi ilə liman bölgəsini Bayfront parkı ayırır. Eri şəhərində ən hündür struktur 81 metr hündürlüyündəki Müqəddəs Piter kilsəsi, ən hündür bina isə 60 metr hündürlüyündəki Renessans Mərkəzi binasıdır. Eridə kiçik etnik şəhərciklər mövcuddur. Bu cür şəhərciklərə Kiçik İtaliya aiddir. 38-ci küçənin cənubundan 1970-ci illərdən inkişaf edən şəhərətrafı qəsəbələrə yol açılır. Millkrik şəhərətrafı qəsəbəsi və Sammit şəhərətrafı qəsəbəsindəki Piç küçəsi Eri paytaxt ərazisinin inkişaf edən bölgələrindəndir.

Şəhər mənzərəsinin böyük hissəsini bərpa edilmiş və yenilənən fabrik binaları, tək ailəli evlər, orta-ölçülü mənzillər, ofis binaları formalaşdırır. Erinin liman bölgəsində Burger King amfiteatrı və onu çevrələyən park yerləşir, burada bir çox festival keçirilir. Bayfront Konvensiya Mərkəzi Dobbins körpüsü yaxınlığındakı Sassafras prisi üzərindədir. Presk Ayl Ştat Parkından baxdıqda üfüqdə, şəhərin mərkəzində, orta və böyük ölçülü binalarla çevrələnən İkiyüzillik qülləni görmək mümkündür. Liman bölgəsinin şərq qurtaracağında Eri Dəniz Muzeyi və kitabxanası yerləşir. Bu muzey böyüklüyünə görə Pensilvaniya ştatında 3-cüdür və burada məşhur "Niagara" gəmisi sərgilənir.

İqlim Eri şəhərinin iqlimi Böyük göllər üçün səciyyəvidir. Şəhər Klivlenddən Sirakuz və Uotertauna qədər uzanan Qar kəmərində yerləşir. Buna uyğun olaraq Erinin qışları soyuq keçir, amma arabir mülayim havanın yaranması yığılmış qarın əriməsinə səbəb olur. Eri rütubətli kontinental iqlim zonasında (Köppen iqlimi) yerləşir. Şəhərdə bir çox iqlim hadisələri yaşanır: yağış, qar, buz, ildırımlar, duman. Şəhərin göl kənarındakı mövqeyi yay istisinin azalmasına kömək edir. İlin ancaq 3,8 günündə havanın temperaturu 32 °C-ni keçir. Eridə ən yüksək temperatur (38 °C) 25 iyun 1988-ci ildə qeydə alınıb. Eridə ilin 2,5 günündə havanın temperaturu −18 °C-dən aşağı düşür. Şəhərdə ən aşağı temperatur isə (-28 °C) 19 yanvar 1994-cü ildə və 16 fevral 2015-ci ildə müşahidə olunub.

Eri "The Dailiy Beast" xəbər portalına görə ABŞ-nin 6-cı ən qarlı yeridir. Burada qarın hündürlüyü o.h. 200 sm olur. Halbuki, 1981–2010-cu illərdə bu rəqəm 256 sm idi. Eridəki əlverişsiz qış şəraiti 1986-cı ildə USAir Flight 499-un Eri Beynəlxalq Hava Limanına təcili eniş etməsinə, 50 avtomobilin I-90 yolunda qalmasına səbəb oldu.

Demoqrafiya və din Erinin ştat və milli səviyyədə demoqrafiyası, 2010-cu ilin siyahıalmasına görə Eri Pensilvaniya ABŞ Cəmi əhali 101.786 12.702.379 308.745.538 Əhalinin dəyişməsi %±, 2000−2010 −1,9% +3,4% +9,7% Sıxlıq 1.788,3/km2 109,4/km2 33,7/km2 Orta ev gəliri (1999) 28.387 $ 34.619 $ 41.994 $ Bakalavr dərəcəsi 17.4% 22.4% 24.4% Əcnəbi doğumu 5.8% 5.0% 11.0% Avropoidlər 75.0% 81.9% 72.4% Neqroidlər 19.7% 10.8% 12.6% İspanlar 6.9% 5.7% 16.3% Asiyalılar 1.5% 2.7% 4.8%

2010-cu ilin ABŞ siyahıalmasına görə Eri şəhərində 101.786 nəfər və 22.915 ailə yaşayır.Erie, PA Population and Races USA.com. Retrieved Oct. 3, 2013 Şəhərdə 44.760 mənzil var. Erinin əhalisi uzun müddət fabriklərin azalması və biznesin qeyri-sərbəst olması üzündən azalırdı. 1960-cı illərin əvvəllərindən günümüzə qədər olan dövrdə Eri əhalisinin 40.000 nəfərini itirdi və Allentaun şəhəri Filadelfiya və Pittsburqdan sonra Pensilvaniyanın ən böyük 3-cü şəhəri oldu.

Erinin əhalisi yaş baxımından bərabər paylanıb, insanların orta yaşı 34-dür. Ailələrin 13 %-i, əhalinin 19 %-i yoxsul olduğu göstərilib. Eri əhalisinin böyük hissəsi avropalıların törəmələri təşkil edir.

1990-cı illərin ortalarından etibarən 1919-cu ildə qurulmuş Eri Beynəlxalq İnstitutu keçmiş SSRİ, Bosniya və Herseqovina, Eritreya, Qana, İraq, Kosova, Liberiya, Nepal, Somali və Sudandan gəlmiş mühacirlərin köçürülməsində kömək edir. Qaçqınların Eri əhalisinə daxil edilməsi Erinin dini müxtəlifliyini artırır, burada mədəni festivalların keçirilməsinə səbəb olur.

XX əsrin əvvəllərinə Eri şəhəri rus immiqrantlar üçün əhəmiyyətli yaşayış məntəqəsinə çevrildi. Rusların çoxu şəhərin liman bölgəsində yerləşən gəmi tikintisi müəssisələrində işləyirdilər. Böyük göllər ərazisi üçün qəribə olan əhəmiyyətli saydakı rusların çoxu Rus Pravoslav Kilsəsindən ayrılmış Qədim dindarlar idi. 1983-cü ildə bu cəmiyyətin böyük hissəsi Xarici Rusiya Pravoslav Kilsəsi ilə birləşdi və Qədim ritualistlər oldular. Hazırda liman bölgəsində rusların keçmiş mərkəzinin yaxınlığında yerləşən qızıl qübbəli Nativiti kilsəsi bu cəmiyyətə aiddir və burada ikonoqraf Feodor Yureviç rahiblik edib. thumb|left|Katolik məzhəbinin Eridə təsiri: Mersiurst Universitetinin girişi.

Eridə ilk yəhudi cəmiyyəti 150 il əvvəl yarandı. Yəhudilik İslahatı Birliyinin bir hissəsi olan Anşi Həsəd məbədi dini lider Ravvi Con Buş tərəfindən idarə olunub. Brit Şolom Konqreqasiyası Mühafizəkar Yəhudilik Sinaqoq Birliyi ilə birləşdi və 1989-cu ildə Ravvi Leonard Lifşen dini liderləri oldu.

Eri şəhəri həmçinin ştatda ən böyük olan və 13 əyaləti əhatə edən Eri yeparxiyasının mərkəzidir. Yeparxiyanın əsas binası 81 metr hündürlüyündə olan və iki 46 metrlik qüllələrlə əhatə olunan Müqəddəs Piter kilsəsidir. Lourens Tomas Persiko 1 oktyabr 2012-ci ildən Erinin baş keşişidir. Donald Trautman isə yeparxiyanın dini lideridir.