Aland konvensiyası - Aland adalarının statusunun müəyyən edilməsi ilə bağlı 1921-ci ildə onlarla dövlət tərəfindən qəbul edilmiş və Millətlər Cəmiyyəti tərəfindən təsdiq edilmiş müqavilə. Tarixi Aland konvensiyasının şərtlərinə uyğun olaraq Aland adaları tamamilə silahsızlaşdırılmış zona elan olunurdu: onun ərazisində heç bir hərbi birləşmə saxlanıla və heç bir hərbi istinadgahlar inşa edilə bilməzdi. İsveç dilinin və mədəniyyətinin saxlanması haqqında Əsasnaməyə əsasən Aland adalarında yaşayan gənclər hərni xidmətə cəlb edilə bilməzlər.

1939-1940-cı illərdə baş vermiş Sovet-fin müharibəsinin başa çatması ilə bağlı SSRİ ilə Finlandiya arasında Aland adaları haqqında razılaşmaya dair müqavilədə Aland konvensiyasının bir çox şərtləri təkrar olunurdu. Lakin demilitarizasiya haqqında yeni müqavilə az sonra SSRİ ilə Finlandiya arasında başlanmış müharibə nəticəsində pozuldu.

İkinci dünya müharibəsindən sonra Aland adalarının demilitarizasiyası ilə bağlı statusu 1947-ci il Paris sülh müqavilələri ilə təsdiq olundu və bu günədək qüvvədədir.

Mənbə Həmçinin bax Aland adaları

Xarici keçid

Об Аландских островах на официальном портале МИД Финляндии Официальный сайт правительства Аландских островов Official Tourist Gateway — Аландских островов Ålands radio/tv — телерадиокомпания Аландских островов

http://enc-dic.com/enc_sovet/Alandskie-ostrova-67775.html Kateqoriya:Aland adaları Kateqoriya:Latviyanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Danimarkanın müqavilələri Kateqoriya:Estoniyanın müqavilələri Kateqoriya:Finlandiyanın müqavilələri Kateqoriya:İsveçin müqavilələri Kateqoriya:Millətlər Liqası