Antonio Tabukki () — italyan yazıçı, "Pereyra iddia edir" adlı əsərin müəllifi.

Həyatı Antonio Tabukki 23 sentyabr 1943-cü ildə Pizada dünyaya gəlib, lakin Veççiano qəsəbəsində nənəsi və babasının yanında böyüyüb. 1969-cu ildə universiteti bitirib. Buraxılış işinin mövzusu "Portuqaliyada yalançılıq" olub. 1970-ci illərdə Pizadakı "Scuola Normala Superiore"də Portuqal dili və ədəbiyyatını tədqiq edib. 1973-cü ildə Boloniya Universitetinin Portuqal dili və ədəbiyyatı kafedrasında müəllim işləməyə başlayıb. Onda portuqal dilinə və ədəbiyyatına marağı Fernando Pessoanın yaradıcılığına olan heyranlığı və onu ana dilində oxumaq arzusu doğurub. 1975-ci ildə ilk romanı "Piazza d'ıtalia"da (Milan: Bompiani) dərc olunub. Siena Universitetində, Nyu-Yorkdakı "Bard Kolleci"ndə, Parisdəki "École des Hautes Études" və "Collège de France" kimi tanınmış təhsil müəssisələrində dərs deyib. Əsərləri qırxdan artıq dilə tərcümə olunub. Hazırda da üzvü olduğu Beynəlxalq Yazıçılar Parlamentinin qurucularından biridir. Tabukkiyə 2007-ci ildə Lyej Universitetinin fəxri doktoru adı verilib.

Aldığı mükafatlar Almaniya Leibniz Akademiyası tərəfindən verilən Nossack mükafatı Avstriya Europaeischer Staatspreis Fransa Prix Médicis Etranger Prix Européen de la Littérature Prix Méditerranée İspaniya Hidalgo İtaliya Pen Klubu mükafatı Campiello Mükafatı Viareggio mükafatı Yunanıstan Aristeion

İstinadlar

Xarici keçidlər Pereyra iddia edir

Kateqoriya:İtalyan yazıçılar Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:İtaliya yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri