Aaron Castin Lenon (; ) — İngiltərə futbolçusu. Hazırda Premyer Liqada çıxış edən "Börnli" klubunun oyunçusudur.

Lenon karyerasına doğma şəhərinin yerli klubu "Lids Yunayted"də başladı, 2003-cü ildə əsas komandada debütunu edərək o vaxt Premyer Liqada oyuna çıxmış ən gənc oyunçu oldu. 2005-ci ildə 1 milyon funt qarşılığında "Tottenhem Hotspur" klubuna transfer olundu, orada bütün yarışlarda 364 oyuna 30 qol vura bilmişdir. 2008-ci ildə Lennon ilk böyük yarışda uğur qazandı, belə ki klubla birlikdə finalda London rəqibi "Çelsi"ni 2–1 hesabı ilə məğlub edərək, Liqa Kubokunun qalibi oldu.

O, bir il "Everton" klubunda icarə əsasında çıxış edəndən sonra, 2015-ci ildə £4.5 milyona həmin kluba keçdi. "Everton"da Lenon 77 oyuna 9 qol vurmağı bacardı və 2018-ci ildə Premyer Liqanın digər klubu "Börnli" ilə 2 il 6 aylıq müqavilə imzaladı. Lankaşir təmsilçisinin heyətində 55 oyunda forma geyinən Lenon cəmi bir qolun müəllifi olmuşdur. 2020-ci ilin iyun ayında "Kayserispor" klubunun heyətinə qatılan oyunçu bir il sonra "Börnli"yə geri döndü.

Lenon İngiltərə milli komandasının forması ilə ilk oyununa 2006-cı ildə çıxdı və milli ilə 2006 və 2010 FIFA Dünya Kuboklarında iştirak etdi.

İlk illəri Uest Yorkşirin Lids şəhərində İrlandiya və Yamayka ailəsində doğulan Lenonun böyük qardaşı və kiçik qızı var."Aaron Lennon" . Barry Hugman's Footballers. Retrieved 27 August 2021.

Şəxsi həyatı 30 aprel 2017-ci ildə Lennon 2007-ci il Psixi Sağlamlıq Qanunu əsasında həbs edildi. Salford şəhərində bir kişinin həyatına təhlükə yaratdığına görə polis çağırıldıqdan sonra "qiymətləndirmə üçün" xəstəxanaya göndərildi. "Everton"un bildirdiyi kimi, Lenon streslə mübarizə aparmaq üçün müalicə alırdı.

2019-cu ilin mart ayında hadisə ilə bağlı açıqlama verdi və digər oyunçuların məsləhət almaq üçün ona yaxınlaşdıqlarını söylədi.

Mükafatları Tottenhem Hotspur

Liqa Kuboku: 2007–08 mövsümünün qalibi

İstinadlar

Lenon Lenon Lenon Lenon Lenon Lenon Lenon Lenon Lenon Lenon Lenon Lenon Lenon Lenon Lenon Lennon Lennon Lennon Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:İngiltərə U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri