thumb|250px|Serveyer zondunun maketi Serveyer proqramı() — NASA tərəfindən 1966-cı ilin iyul ayından, 1968-ci ilin yanvar ayına qədər Ayın səthinə 7 kosmik robot göndərilməsindən ibarət missiyadır. Proqramın əsas məqsədi Ay səthinə təhlükəsiz eniş etməyin mümkünlüyünü göstərmək idi. Serveyer proqramı ümumi dəyəri rəsmi olaraq 469 milyon $ təşkil etmişdir.

Serveyer 1 də daxil olmaqla 7 kosmik robotdan 5-i Ay səthinə təhlükəsiz eniş edə bildilər. Serveyer 2 və Serveyer 4 missiyaları isə uğursuz oldu. 7 kosmik robot hələ də Ay səthində qalmaqdadır. Serveyer proqramı çərçivəsində göndərilən kosmik robotlardan heç birinin Yerə qayıtması planlaşdırılmamışdı. Serveyer 3-ün bəzi hissələri Apollon 12 missiyasının ekipajı tərəfindən Yerə gətirilib. Bu zondun kamerası Milli Hava və Kosmik Muzeyində saxlanılır.

Həmçinin bax Vikinq proqramı Reyncer proqramı Yeni hüdudlar Voyacer proqramı Pioner proqramı

Kateqoriya:Kosmik proqramlar Kateqoriya:NASA layihələri