Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi
Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.36, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasındaПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.55 qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylazerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48, EylasErmənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.129 formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Əhalisi Kənddə 1831-ci ildə 445 nəfər, 1873 - cü ildə 1095 nəfər, 1886-cı ildə 1073 nəfər, 1897-ci ildə 1457 nəfər, 1908-ci ildə 1097 nəfər, 1914 - cü ildə 1187 nəfər, 1916-cı ildə 1467 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48-49, 128-129.
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən köçürülmüş ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma yurdlarına dönə bilmişdir. 1922-ci ildə 582 nəfər azərbaycanlı, 71 erməni, 1926-cı ildə 586 nəfər azərbaycanlı, 50 erməni, 1931-ci ildə 680 nəfər azərbaycanlı, 9 erməni yaşamışdır.
SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla Azərbaycana köçürülmüş, İran, Livan, Suriya, Türkiyədən köçürüiən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Tanınmışları Əziz Nəzərov
İstinadlar
Kateqoriya:Zəngibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri