Çobanlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir.

Toponim oğuzların çapanluçobanlı - İbrahim Bayramov etnonimiSümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.186 əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi Kənddə 1831-ci ildə 16 nəfər, 1873 - cü ildə 195 nəfər, 1886-cı ildə 96 nəfər, 1897-ci ildə 152 nəfər, 1904 - cü ildə 130 nəfər, 1914 - cü ildə 156 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство «Мелконян фонд», 1932, с. 60-61, 136-137.

1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdurИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.205. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər öz evlərinə dönə bilmişdir.

Burada 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri