Başkənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.

Tarixi Rayon mərkəzindən 3 km məsafədə, Arpaçayın sağ axarında, Başkəndçayın sahilində yerələşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.34 qeyd edilmişdir.

Toponimi Toponim Azərbaycan dilində "böyük, əsas" mənasında işlənən baş sözü ilə kənd coğrafi nomeni əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Vernaşen (Başkənd) qoyulmuşdur. 1728-ci ildən mə'lumdurİrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.. XIX əsrin 70-ci illərində Azərbaycan türkləri sıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Vernaşen adlandırılmışdır.

Əhalisi Kənddə 1897-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93. 1928–29-cu illərdə azərbaycanlılar kənddən köçürülmüşdür. İndi ermənilər yaşayır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri