Korbulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki. Qızılqoç (Qukasyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Erməni dilinə kalka edilərək Korağbyur (Korbulaq) formasında mənbələrdə işlədilmişdirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Saxkaşen, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilərək Tsizavet qoyulmuşdur.
Toponimi Toponim Azərbaycan dilində "gözü görünməyən, suyun çıxdığı yer görünməyən", "yarıda quruyan", "yerin səthinə başqa yerdən çıxan" mənasında işlənən kor sözü iləБушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.90 bulaq sözündən əmələ gəlmişdir. Kəndin adı ərazidəki eyni adlı bulağın adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi 1850-ci ildə kəndin əhalisi qovulmuş və 1878-ci ildən Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir
İstinadlar
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri