Kiçik Şiştəpə (Pokr Sepasar) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Kəndin başqa adı Türk Şiştəpəsi (Şiştapa türki) olmuşdurQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20.

Toponim "balaca, xırda" mənasında işlənən kiçik sözündən və "dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi, piki" mənasında işlənən şiş sözü iləМурзаев Э. М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.629Məmmədov N. Azərbaycanın yer adları (oronimiya), Bakı, "Azərnəşr", 1993. s.42 "ətəyi ilə zirvəsi arasındakı nisbi hündürlüyü 200 metrdən artıq olmayan yüksəklik" mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 4. IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sepasar (Kiçik Şiştəpə) qoyulmuşdur.

Əhalisi Kənddə 1897-ci ildə 177 nəfər, 1908-ci ildə 189 nəfər, 1914-cü ildə 253 nəfər yalnız qarapapaqlar — azərbaycanlıların etnoqrafik qrupu yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20–21, 104–105.

1918-ci ildə onlar ermənilərin soyqırımına məruz qalaraq, deportasiya olumuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.

İstinadlar

Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri