Ciftəli və ya Qayqulu Ciftəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Qayqulu Ciftəli kəndinin adı erməni mənbələrində Ciftəli kimi qeyd edilmişdirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20. Mənbədə Çiftəli kimidir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.125 qeyd edilmişdir.
Toponimi Toponim oğuzların qayı etnonimindən, Qulu şəxs adından və mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu "mal-qoyun bəslənən yer" mənasında işlənən cift sözündənBayramov A. Qədim Oğuz ellərinin — Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996. s. 187 əmələ gəlib " qayı tayfasından olan Quluya mənsub mal-qoyun bəslənildiyi yer" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə kəndin adı dəyşdirilib Zuyqaxpyur (Tsuqaxpuyr) qoyulmuşdur.
Əhalisi 1918-ci ildə əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri