Tahir Yunus oğlu Əliyev () — general-mayor, Azərbaycan Respublikasının müdafiə naziri (fevral–mart 1992), Azərbaycan Respublikasının daxili işlər naziri (mart–aprel 1992), Dövlət Gömrük Komitəsinin sədri (1993–1995).

Həyatı Tahir Yunus oğlu Əliyev əslən Qubadlı rayonunun Cılfır kəndindəndir. Uşaqlığı Yevlax şəhərində keçib. Orta məktəbi Gorusun Şurnuxu kəndində bitirib. 1971–1972-ci illərdə Mingəçevir şəhərində politexnik texnikumda təhsil alıb. 1975-ci il Kemerova DİO-də işə düzəlib. Sonralar orta milis məktəbi, Omsk şəhər Ali Milis Məktəbi və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb. 1988-ci ildə DQMV Daxili İşlər İdarəsi rəisinin müavini, elə həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edilib. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az . 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. İki aydan sonra 38 yaşlı general sərəncama göndərilib. 1993-cü ilin ikinci yarısından 1995-ci ilin yanvarına kimi Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri vəzifəsində işləyib. Vəzifədə olduğu dövrdə Azərbaycan Xalq Cəbhəsi hərəkatını dəstəkləmişdir. Hazırda ehtiyatda olan general-mayordur.

İstinadlar

Xarici keçidlər YouTubeda barəsində videolar

Kateqoriya:Azərbaycan Respublikasının müdafiə nazirləri Kateqoriya:Azərbaycan Respublikasının daxili işlər nazirləri Kateqoriya:Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kateqoriya:Azərbaycan Respublikasının Müdafiə Şurasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları