"Səhənd TV" — "İran Radio və Televiziya" şirkətinin sahibi olduğu regional İran telekanalı. Telekanalın yayımı İranın Şərqi Azərbaycan ostanı ərazisini əhatə edir. Telekanal 12 noyabr 2000-ci ildən bəri azərbaycan və fars dillərində yayımlanır. Telekanal İranın "Azərbaycan TV", "Eşraq TV" və "Savalan TV" telekanalları ilə əməkdaşlıq edir.

Həmçinin bax

Azərbaycandilli televiziya kanallarının siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İran televiziya kanalları Kateqoriya:Azərbaycan dilində televiziya kanalları Kateqoriya:Fars dilində televiziya kanalları