QrayamВəzən Qreyam, Qrehem kimi adlandırılır () — Hayda-Quai arxipelaqına daxil olan adadır (Daha çox Karaleva Şarlotta adaları kimi tanınır)

Coğrafiyası Ada Britaniya Kolumbiyası ərazisinə daxildir. Sahəsi 6 361 km² təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 101-ci, Kanadada isə 22-ci yeri tutur. Sahil xətdinin uzunluğu 1106 km təşkil edir. Arxipelaqın şimalında yerləşir. Cənubda yerləşən Morsbi adasından Kartrayt boğazı ilə ayrılır. Qərbdə Sakit okean, şimalda Dikson-Entrans boğazı və şərqdə isə Hekate boğazı onun sahillərini yuyur. Şimal-şərqdə Rouz-Poynt, şimal-qərbdə Noks burnu yerləşirAtlas of the World, Eighth edishion, Nashional Geographic, Washington, DC, 2004

İqlimi çox rütubətlidir. Adanın qərbi dağlıqdır. Şimal-şərqi isə nisbətən alçaqdır. Adanın şimal-şərqində vilayət əhəmiyyət daşıyam Naykun parkı vardır.

Tarixi Ada ilk dəfə ispan dənizçisi X. Peres 1774-cü ildə kəşf edir. 1853-cü ildə Ceyms Çarlz Prevo tərəfindən lord Ceyms Qrexemin şərəfinə adlandırılıb. Arxioloji araşdırmalar nəticəsində adanın köklü əhalisi Haydadır. Onlar 6–8 min il öncə yaşamışlar. Hazırda Haydalar kompakt şəkildə Masset qəsəbəsində adanın cənubunda yaşayır.

İstinadlar

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Britaniya Kolumbiyası adaları