Yuxarı Qoylasar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Kəndin digər adı Ulya Qoylasar olmuşdurQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.48. Rayon mərkəzindən 10 km şimal-qərbdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yuxarı Quyuluhasar formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.49 qeyd edilmişdir.
Kəndin ortasında böyük bir meydanda qala olmuşdur və həmin qala uca qalın divarla hasarlanmış, küncləri isə 20 qüllədən ibarət imiş. Kəndin adı məhz həmin qala adından götürülmüşdür.
Qoylasar "qalahasar" sözünün təhrif edilmiş formasıdır və qala və hasar sözlərini birləşməsindən əmələ gəlib "hasarlanınış qala" mənasını bildirir371, s.284. Toponimin əvvəlindəki işlənən "yuxarı" sözü fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 20. VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bambakavan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirələrək Byurayan qoyulmuşdur.
Əhalisi Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828–30-cu illərdə İranının Xoy və Salmas vilayətlərindən köçürülmüşdürHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.771.
Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 121 nəfər, 1873-cü ildə 157 nəfər, 1886-cı ildə 8 nəfər, 1897-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.48–49, 128–129.
Azərbaycanlılar 1870-ci illərin sonundan başlayaraq sıxışdırılmış, kənddən tamamilə 1905–1906-cı illərdə qovulmuşlar. İndi burada ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri