Pyotr Mixayloviç Qavrilov (; ) — Brest qalasının müdafiəsində göstərdiyi şücaətə görə tanınmış sovet zabiti idi.Heroes of Soviet Union, Гаврилов Пётр Михайлович

Bioqrafiya O, etnik Kryaşen idi. 44-cü moto atıcı alayın komandanı olan Pyotr Qavrilov, 31 gün müqavimətdən sonra – 1941-ci ilin 23 iyulunda almanlar tərəfindən əsir götürülmüşdür. O, müharibə bitəndən sonra buraxılmışdır.

Rəsmi sovet məlumatına əsasən, əsirlikdən buraxılandan sonra o, eyni rütbədə orduya qaytarılmışdır. Onun partiya üzvlüyü, öz üzvlük biletini itirdiyinə və əsirlikdə qaldığına görə bərpa edilməmişdir. O, 1946–1947-ci illərdə Sibirdə yapon hərbi əsirləri üçün olan düşərgənin rəhbəri olmuşdur. Sonra isə, o Krasnodara köçmüşdür.

1956-cı ildə o, müharibənin ilk günündən bəri görə bilmədiyi həyat yoldaşını və övladlığa götürdüyü oğlunu yenidən tapmışdı. Həmin ili Sergey Smirnovun "Brest qalası" adlı kitabı nəşr olunandan sonra, Qavrilovun partiya üzvlüyü bərpa edildi. O, 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı və Lenin ordeni ilə mükafatlandırıldı. 1968-ci ildən ölümünə qədər o, Krasnodar şəhərindəki Svetlaya küçəsi, 103 ünvanında yaşamışdır (1980-ci ildə küçə Pyotr Qavrilov adlandırılmışdır).

Pyotr M. Qavrilov, 1979-cu ilin 26 yanvarında Krasnodarda vəfat etmişdir. O, Brestdə dəfn edilmişdir.

İstinadlar

Kateqoriya:Tatarıstanda doğulanlar Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə bərpa edilənlər Kateqoriya:SSRİ mayorları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)