Şalva Loladze (; ; ; ) - keçmiş SSRİ əsgəri. Üçüncü Reyx tərəfindən yaradılmış Gürcüstan legionuna rəhbərlərindən biri. Loladze 1945-ci ilin 5 aprel tarixində Niderlandın Teksel adasında Reyxə qarşı başladılmış üsyan hərəkatına rəhbərlik etmişdir.Maass, Walter B. (1970), The Netherlands at war: 1940-1945, p. 231. Abelard-Schuman
Həyatı
Loladze İkinci dünya müharibəsindən əvvəl və müharibə başlayan zaman SSRİ ordusunda xidmət etmişdir. Sovet Hava Qüvvələrində kapitan rütbəsinə yüksəlməsinin ardından döyüş təyyarələrinin pilotu kimi döyüş əməliyyatlarında iştirak edir. Loladzenin içərisində olduğu təyyarə 1942-ci ildə Ukrayna səmalarında olarkən almanlar tərəfindən vurulur. Bychkov, LN (Бычков, Лев Николаевич; 1965), Партизанское движение в годы Великой Отечественной войны, 1941-1945: краткий очерк (Partisan Movement in the Years of the Great Patriotic War, 1941-1945: brief essay), p. 403. Mysl (Мысль) Reyx tərəfindən əsir alındıqdan sonra Gürcüstan legionuna qoşulmaq qərarı verən Loladze legionun tərkibində yaradılmış Böyük Tamaranın adını daşıyan 822-ci piyada batalyonuna rəhbərlik edir. Müharibənin sonlarına yaxın almanların məğlub olacağını anlayan gürcülər tərəfindən 1945-ci ilin 5 aprel tarixində Niderlandın Teksel adasında üsyan hərəkatı başladılır. Sözügedən üsyana Şalva Loladze rəhbərlik edirdi. Keçmiş sovet pilotu 1945-ci ilin 25 aprel tarixində Reyx əsgərləri ilə aparılan döyüş zamanı öldürülmüşdür.van der Zee, Henri A. (1998), The hunger winter: occupied Holland, 1944-1945, pp. 218-219. University of Nebraska Press, ISBN 0-8032-9618-5 Teksel adasında yerləşən toplu gürcü məzarlığı Şalva Loladzenin adını daşıyır və şəxsin özü də orada dəfn edilib. Mamulia, Giorgi (2003), Грузинский легион в борьбе за свободу и независимость Грузии в годы второй мировой войны (Georgian Legion in the Struggle for Georgia's Freedom and Independence in the Years of World War II), p. . Tsodna
İstinadlar
Kateqoriya:Gürcülər Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Niderlandda vəfat edənlər Kateqoriya:Niderlandda dəfn olunanlar Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Üsyan rəhbərləri Kateqoriya:Kapitanlar Kateqoriya:İkinci Dünya müharibəsində həlak olanlar Kateqoriya:Qətl qurbanları Kateqoriya:SSRİ kapitanları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları