Bernard "Berni" Sanders (; ) — ABŞ siyasətçisi, solçu ictimai xadimi, 2007-ci ildən Vermont ştatından seçilmiş senator. Sanders ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir. 2013–2015-ci illər arasında Senatın Veteranların işi üzrə komitəsinin sədri olub. 1981–1989-cu illər arasında Vermont, Berlinqton kimi böyük şəhərlərin meri, 1991–2007-ci illər arasında isə ABŞ Nümayəndələr Palatasının üzvü olub. Senatda komitələr formalaşdırılanda Demokrat partiyasına qoşulur, Proqressiv Konqressmenlər Forumuna daxildir.()
Özünü demokratik sosialist (ABŞ senatorları arasında yeganədir) və amerikan proqressivizminin, "Yeni xəttin" nümayəndəsi kimi təqdim edir. Skandinav modeli sosial-demokratiyanın tərəfdarıdır.* Bernie Sanders’s Exceedingly Social But Doesn't Like Parties // The Washington Post "Feel the Bern": Marketing Bernie Sanders and Democratic Socialism to Primary Voters // Springer International Publishing Where's the outrage over AIG bonuses? // Politico "Feel the Bern": Marketing Bernie Sanders and Democratic Socialism to Primary Voters // Springer International Publishing İşçi və orta təbəqənin maraqlarının müdafiəçisi kimi çıxış edir. Korporasiyaların və Uoll-Stritin təsirlərinə, sosial ədalətsizliyə, əmlak bərabərsizliyinə, varlılar və kasıblar arasında olan kəskin fərqə və polis zorakılığına qarşı çıxır. Seksizmə, homofobiyaya və irqi ayrı-seçkiliyə qarşıdır.
2010-cu ildə Corc Buş tərəfindən varlılara tətbiq edilən vergi güzəştlərinin uzadılmasının qarşısını almaq üçün 8 saatlıq filibaster vəziyyətini yaratmasından sonra senator kimi daha çox şöhrət qazanmışdır. Bütün siyasi karyerası ərzində vətəndaş, əmək və sosial haqqları müdafiə edib. Ümumi tibbi sığorta, ödənilən məzuniyyət haqqı, analıq məzuniyyəti haqqı, qadın hüquqları, afroamerikalıların hüququları uğrunda fəaliyyət göstərib. Minimal əmək haqqının artırılması, ədalətli vergi sisteminin tətbiq edilməsi, sosial sığorta sisteminin möhkəmləndirilməsi, pulsuz ali təhsilin verilməsi, təhsil üçün borc yükünün azaldılması, maliyyə sahəsində daha sərt dövlət tədbirlərinin görülməsi (Qlass-Stiqol qanununun yenidən tətbiq edilməsi), penitensiar sistemdə islahatların aparılması (dünyada ən çox məhbusa sahib ölkələrdən biri olduqları üçün onların azaldılması və özəl türmələrin ləğv edilməsi), marixuananın leqallaşdırılması və iqlim dəyişiklikləri ilə mübarizənin aparılması uğrunda çıxışlar edib.
19 fevral 2019-cu ildə Vermont İctimai Radiosuna verdiyi müsahibədə bildirib ki, 2020-ci ildə baş tutacaq prezident seçkilərində iştirak edəcək.
Həyatı və təhsili Bernard Sanders 1941-ci ilin 8 sentyabr tarixində Bruklində anadan olub. Onun atası Elias Ben Yahuda Sanders Avstriya-Macarıstan (indiki Polşa) ərazisində Qalisiya kəndində yəhudi ailəsində anadan olub. 1921-ci ildə ABŞ-yə köçərək burada boya satıcısı işləyib.New York Passenger Lists, 1820–1957 immigration record: Eliasz Gitman, sailing from Antwerp, mother Jetti Gutman, citizenship in 1927 as Elias Sanders Polşa və Rusiyadan köçüb gəlmiş yəhudi valideynlərin övladı olan anası Doroti Sanders Nyu-York şəhərində dünyaya gəlib.
Sanders Bruklinin Midvud bölgəsində 26-cı "East" küçəsində yaşayıb.Horowitz, Jason. "Bernie Sanders's '100% Brooklyn' Roots Are as Unshakable as His Accent" , The New York Times, July 24, 2015. Retrieved February 21, 2016. Bruklində yerləşən 197 nömrəli ibtidai məktəbdə təhsil alıb. Günün ikinci yarısında isə yəhudi məktəbində təhsil alıb və 1954-cü ildə bar mitsva yaşına çatmağını qeyd edib. Ceyms Medison orta məktəbində təhsil aldığı dövrdə yüngül atletika komandasının kapitanı olub və Nyu York şəhəri üzrə üçüncü yerə çıxıb. Ali məktəbdə tələbə cəmiyyətinin prezidentliyi uğrunda seçkilərdə 3 namizəddən biri olub lakin yığdığı səsə görə ən axırıncı yerə çıxıb və məğlub olub. Orta məktəbi bitirdikdən sonra anası 46 yaşında, bir neçə il sonra isə atası 4 avqust 1962-ci ildə 57 yaşında dünyasını dəyişib.
1959–1960-cı illər arasında Bruklin kollecində təhsil alıb. Sonradan Çikaqo universitetinə keçir və 1964-cü ildə oranı bitirərək humanitar elmlər və politologiya ixtisası üzrə məzun olur.
Fəaliyyəti Çikaqo Universitetində təhsil aldığı dövrdə Amerika Sosialist Partiyasının nəzdində yaradılan Sosialist Gənclər İttifaqına üzv olur. Qaradərililərin vətəndaşlıq hüququnu müdafiə edən hərəkatın fəallarından olduğu üçün İrqi Bərabərlik Konqresinin (İBK) və Tələbələrin Qeyri-Zorakı Koordinasiya Komitəsinin (TQKK) üzvü olur. Sandersin rəhbərliyi ilə universitetin İBK rəhbərliyi ilə TQKK rəhbərlikləri birləşir. 1962-ci ilin yanvar ayında Sanders Çikaqo Universitetinin rektoru olan Corc Bidlın yataqxanadakı seqreqasiya siyasətinə qarşı Universitetin mərkəzi binasında baş tutan etiraz aksiyasına qatılır. Sanders etiraz aksiyasında çıxış edərək deyir ki :
Sanderslə birlikdə 32 tələbə binaya daxil olaraq rektorun kabinetinin qarşısında düşərgə qurub oturaq aksiyaya başlayırlar. Bir neçə həftə davam edən oturaq aksiyadan sonra Bidl və universitet ayrı-seçkiliyi araşdıran komissiyanı formalaşdırır.
Berni Sanders Martin Lüter Kinqin təşkil etdiyi İş və azadlıq uğrunda Vaşinqtona yürüş aksiyasında iştirak edib və onun məşhur "Mənim bir arzum var" çıxışını dinləyənlərdən biri olub.Frizell, Sam. "The Radical Education of Bernie Sanders" , Time (26 may 2015). Elə həmin yay Çikaqo dövlət məktəblərindəki seqreqasiya siyasətinə etiraz aksiyasında tutularaq həbsinə müqavimət göstərdiyi üçün 25 dollar (2018-ci ilin məzənnəsi ilə bu 205 dollar edir) cərimə edilir.
Vətəndaş hüquqularının müdafiəsi ilə yanaşı 1960–1970-ci illər arası bir sıra sülh və müharibəyə qarşı hərəkatlara da qoşulub. Çikaqo Universitetində oxuduğu müddətdə Tələbələrin Qeyri-Zorakı Koordinasiya Komitəsinin və Tələbə Sülh Birliyinin üzvü olub. O, Vyetnam müharibəsi dövründə vicdani düşüncələrinə görə hərbi xidmətdən imtina ərizəsi yazır, nəticədə onun ərizəsi qəbul edilməsə belə hərbi hazırlığa yaşı çox olduğu üçün xidmətə cəlb olunmur. Müharibəyə qarşı olsa belə heç vaxt döyüşən insanları tənqid etməyib, əksinə müharibə veteranlarına müəyyən güzəştlərin verilməsinin qatı tərəfdarı olub.
ABŞ Nümayəndələr Palatasında 200px|thumb|right|Nümayəndələr palatasının təmsilçisi Sanders 1991-ci ildə. 1990-cı ildə qələbə qazanan Sanders 1950-ci ildə seçilmiş Freyzer Reymsdən sonra Nümayəndələr Palatasına seçilmiş ilk müstəqil namizəd oldu. Vaşinqton Post və digərləri qeyd etdilər ki, o son on ildə Nümayəndələr Palatasına seçilmiş ilk solçudur. Sanders Nümayəndələr Palatasında 1991-ci ildən 2007-ci ilə qədər fəaliyyət göstərib.
Seçkilər 1988-ci ildə fəaliyyət göstərən respublikaçı konqresmen Cim Ceffords ABŞ senatına seçilmək məqsədilə Nümayəndələr Palatasında Vermont ştatından olan nümayəndə yerini tərk edir. Boş qalan nümayəndə yerinə keçirilmiş seçkidə keçmiş vitse qubernator olan Piter Smit 41% səs toplayaraq qalib gəlir. Seçkilərə müstəqil nümayəndə kimi qatılan Berni Sanders isə 38% səs toplayaraq ikinci yeri qazanır eyni zamanda Demokratların nümayəndəsi olan Paul Poirier 19% səs toplayır. İki il sonra Sanders seçkilərdə 56% səs toplayaraq 39% səs toplayan Smitə qalib gəlir. Sanders 40 il əvvəl Ohayo şəhərindən seçilən müstəqil nümayəndə Frayzer Reymsdən sonra ABŞ Nümayəndələr Palatasına seçilən ilk müstəqil namizəddir.
Qanunvericilik Nümayəndələr Palatasında fəaliyyət göstərdiyi ilk ildə Sanders tez-tez hər iki partiyadan olan həmkarlarını varlılar üçün işləməkdə günahlandırırdı. 1991-ci ildə Sanders Proqressiv Konqressmenlər Assembleyasının təsisçilərindən biri olur. Assembleya liberal demokratlardan ibarətdir və Sanders 8 il Assembleyaya rəhbərlik edərək eyni zamanda Demokrat partiyasına qoşulmaqdan imtina edib.
Bank islahatları 1999-cu ildə Sanders, investisiya banklarını və kommersiya banklarını ayrı-ayrı sahibkarlıq subyekti kimi saxlayan Qlass-Stiqol qanununun müddəalarının ləğv edilməsinə qarşı çıxmışdır. O, Federal Ehtiyatlar Bürosunun o dövrdə olan sədri Alan Qrinspenin ən böyük tənqidçisi idi. 2003-cü ilin iyununda sədrlə baş tutan sual cavablı müzakirə zamanı, Sanders Qrispenin nəzarətdən çıxdığını deyərək onun tutduğu sədr vəzifəsində özünün əsas funksiyasını yalnız böyük və varlı korporasiyaları təmsil etmək kimi gördüyünü deyib.Bernie Sanders vs. Alan Greenspan (Best Video Quality) . C-SPAN video on YouTube. Retrieved 20 iyun 2015.Edmund Andrews for The New York Times. 23 oktyabr 2008 Greenspan Concedes Error on Regulation
Patriot aktı Sanders, Patriot Aktının tənqidçisi idi. Konqresin üzvü olaraq, o, Patriot Aktının qanunvericiliyinə qarşı səs vermişdir. Bu akt Nümayəndələr Palatasında 357 səs lehinə 66 səs isə əleyhinə olmaqla səsvermə nəticəsində qəbul olunmuşdur. Sander Patriot Aktının qəbul olunmasından sona, Patriot Aktının təsirlərini məhdudlaşdırmağa yönələn düzəlişlər irəli sürmüş və qanunun icra olunmasının dayandırılmasına qarşı səs vermişdir. 2005-ci ilin iyun ayında Sanders, dövlətin vətəndaşların fərdi məlumatlarının və kitab alqı tarixçəsinin əldə etməyə imkan verən Patriot Qanununun müddəalarını məhdudlaşdırmaq üçün bir düzəliş təklif etdi. Düzəliş hər iki partiyanın əksəriyyəti tərəfindən Senatda qəbul edildi, lakin noyabrın 4-də Nümayəndələr Palatası və Senatın danışıqları nəticəsində ilkin qanun layihəsindən çıxarılmış və düzəliş heç vaxt qanunda öz əksini tapmamışdır.
İraq müharibəsi Sanders 1991 və 2002-ci illərdə İraqa qarşı güc tətbiq etməyə icazə verən qətnamələrə qarşı səs verib və İraqın 2003-cü ildə işğalına qarşı çıxmışdır.
ABŞ senatında
Seçkilər Senator Cimmi Ceffords seçkilərə qatılıb dördüncü dəfə seçilməyəcəyini bəyan etdikdən sonra 21 aprel 2005-ci ildə Sanders senata seçilmək üçün mübarizəyə başlayıb. Demokratik Senatorların Kampaniyası Komitəsinin sədri Çak Şumer də Sandersi dəstəklədi. Bu çox kritik addım idi çünki bu o demək idi ki, Sandersə qarşı çıxan demokratların heç biri partiyadan maaliyyə dəstəyi ala bilməyəcəklər. Senatın azlıq lideri Nevada ştatından Harri Reyd və Demokratik Milli Komitənin sədri, Vermont ştatının keçmiş qubernatoru Hovard Din də onu dəstəklədilər. 2005-ci ilin may ayında Hovard Din Sandersi öz müttəfiqi saydığını və Sandersin vaxtının 98%-i demokratlarla birgə səsverməyə sərf etdiyi bildirib. O vaxt senator olan Barak Obama da 2006-cı ilin mart ayında Vermont ştatında Sandersə dəstək kampaniyası keçirib.
Vermont tarixində baş tutmuş ən bahalı siyasi kampaniyada Sanders biznesmen Riç Tarranta 2:1 nisbətində qalib gəlib. Bəzi yerli telekanallar Sandersin seçki məntəqələri bağlanan kimi səslər sayılmadan qalib elan olunacağını proqnoz verirdilər. Sanders 2012-ci ildə 71% səslə və 2018-ci ildə isə 67% səslə yenidən seçilib.
Komitə və fraksiyalar Senatorlar müəyyən qanunvericiliyə aid komitə və fraksiyalarda təmsil olunaraq iclaslarda iştirak edib, komitə və fraksiya üzvlərinin marağını təmin edərək qanunların formalaşmasına təsir edirlər.
2015-ci ilin yanvar ayında Sanders Maliyyə Komitəsində azlıqların nümayəndəsi oldu. Bundan əvvəl isə o, iki il müddətində Senatın Veteranların işi üzrə Komitəsinə rəhbərlik etmişdi. 2017-ci ilin yanvar ayında o, senatın Demokratik Təbliğat Komitəsinin sədri olur. O, müasir pul nəzəriyyəsi sahəsində mütəxəssis olan professor Stefan Keltonu komitənin demokrat azlığında maliyyə məsələləri üzrə baş məsləhətçi təyin edərək "itən orta sinfin bərpası" mövzusunda hesabat hazırlayıb. Hesabatda orta sinfi bərpa etmək üçün minimum əmək haqqının qaldırılması, infrastruktur xərclərinin artırılması və sosial təminat ödənişlərini artırmaq kimi təkliflər irəli sürülüb.
Üzv olduğu komitələr:
Maliyyə Komitəsi Ətraf mühit və İctimai işlər Komitəsi Təmiz hava və Nüvə təhlükəsizliyi alt komitəsi "Yaşıl" işlər və Yeni iqtisadiyyat alt komitəsi Nəqliyyat və İnfrastruktur alt komitəsi Enerji və Təbii ehtiyatlar Komitəsi Enerji alt komitəsi Milli parklar alt komitəsi Səhiyyə, Təhsil, Əmək və Təqaüdlər Komitəsi Uşaqlar və Ailələr alt komitəsi Tibbi yardım və Yaşlanma alt komitəsi Veteranların işi üzrə Komitə
Reytinqi