Rahat Muxtar oğlu Əliyev (; ) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri;Prezident: “Qızım ağlayaraq nəvələrimlə...” axar.az, 01.07.2015 Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni.

Həyatı Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur.

1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir.Nazarbayevin keçmiş kürəkəni Vyana həbsxanasında özünü asıb . bbc.com, 24.02.2015

Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb.

Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.

2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib.

Həbsi və vəfatı Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub. Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir. Özü də "Nurbank"ın səhmdarı olan Rahat Əliyevi 2007-ci ildə həmin bankın rəhbərləri – idarə heyətinin sədri Əbilmajin Gilimov və idarə heyəti sədrinin sabiq birinci müavini Joldas Timirəliyevin oğurlanmasında ittiham edirlər.

Onun barəsində Qazaxıstanda qiyabi məhkəmə keçirilmiş və 40 il müddətinə azadlıqdan məhrum edilmişdi.Prezident: "Niyə insanlar elə düşünür ki, 3 nəvəmin atasını mən tutdurmuşdum?" atv.az, 01.07.2015 O, 2007-ci ilin yazından xarici ölkələrdə gizlənirdi.

Nəhayət 2014-cü il iyunun 5-də Vyanada tutulub və həmin vaxtdan Avstriyada həbsdə idi;Nazarbayevin keçmiş kürəkəninin qalmqallı ölüm səbəbi. anspress.com, 27.02.2015 Onun Qazaxıstana ekstradisiya edilməsi məsələsi Avstriya tərəfindən imtina edilib.Qazaxıstan prezidentinin eks qatil kürəkəni Kipr vətəndaşlığı almaq istəyir. anspress.com, 25.12.2013 2015-ci ilin fevral ayının 24-də Avstriya həbsxanasında intihar edib.

Ailəsi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qızı Dariğa Nazarbayeva ilə evli olub. Onlar 1983-cü ildə evlənib. Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d. 2000) adlı 3 övladları var.

2007-ci Dariğa Nazarbayeva ilə ayrıldıqdan sonra Avstriya vətəndaşı olan Elnarə Şorazova ilə evlənmişdir.

İstinadlar

Xarici keçidlər "Kazakhstan cracks down on press freedom on eve of leading OSCE" Luke Harding, The Guardian, 29 December 2009

Kateqoriya:Almatıda doğulanlar Kateqoriya:Qazaxıstanın Avstriyadakı səfirləri Kateqoriya:Vyanada vəfat edənlər Kateqoriya:İntihar edən şəxslər Kateqoriya:Həbsdə ölən şəxslər Kateqoriya:Qazaxıstan nazirləri Kateqoriya:Siyasi mühacirlər