Qaranlıq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda yerləşən kənddir.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.118 qeyd edilmişdir.
Toponim «dağ, təpə» mənasında işlənən qara sözünəМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.256 məkan anlayışı bildirən -lıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur. Toponimikası QARANLIQ - Yuxari Qarabağda yer adı. Digər adı Yuxarı Kuznutdur. Ermənistanın Abaran rayonunda Qaranlıq adlı kənd vardı. 1828-ci ildə Ermənistanın Baqrevand mahalından qırx erməni ailəsi gəlib məskunlaşmışdı. Sovet hakimiyyəti illərində kəndə erməni inqilabçısı A.Myasnikovun təxəllüsü olan “Martuni“ adı verilmişdir (sonralar Xanlar və Şəmkir rayonlarındakı erməni kəndlərinə də Martunaşen və Martuni adları verilmişdir). Qaranlıq kuran (küren) coğrafi adlarının təhrif olunmuş formasıdır. Türk dillərində kuran (küren) “hərbi düşərgə“, maldarlıq müvəqqəti dayanacaqlı yer“. Quba rayonu Qaranlıq (Babaçay dərəsi), Laçın və Tovuz rayonlarında Qaranlıq “kurenlik“ adından danışdıqda təhrif) adları ilə mənaca eynidir. Koran 1000 ailə (Rəşiddinə görə bir nəslin və tayfanın) düşərgəsi idi. Bu söz Ermənistanda İtqıran, Tovuz rayonunda Xınakəran və b. coğrafi adlarda da əksini tapmışdır.B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı-2005
Əhalisi İstinadlar
Kateqoriya:Göyçə kəndləri Kateqoriya:Qədim coğrafi bölgələr Kateqoriya:III əsrdə yaranan yaşayış məntəqələri