Qırxbulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 2 km cənubda, Göyçə gölünün cənub-şərqində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.61 qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «çoxlu» mənasında işlənən qırx və bulaq sözləri əsasında yaranmışdır. Ərazidə çoxlu bulaq olduğu üçün kənd Qırxbulaq adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Akunk qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 247 nəfər yalnız azərbaycanlı, 1897-ci ildə ermənilərlə yanaşı 23 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26-27, 112.

1831-ci ildən sonra kəndə Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilmişdirHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.146. 1905-1906-cı illərdə azərbaycanlılar sıxışdırılmış və kənddən tamamilə çıxarılmışlar. 1906-cı ildən sonra kənddə yalnız ermənilər yaşamışdır.

İstinadlar

Kateqoriya:Göyçə kəndləri