Ontariо gölü () — Böyük göllər sisteminə daxil olan göllər arasında sahəsinə görə ən kiçik göl. ABŞ və Kanada sərhəddində yerləşir. ABŞ ərasisində sahəsinə görə beşinci göldür.

Adlanması Gölün adı Huronlar hindu qəbiləsinin dilindən tərcümədə "Yatmış suların gölü". Bir müddət sonra gölün ətrafinda yerləşən vilayətə eyni ad verilmişdir. Qədim xəritələrdə gölün adı müxtəlif adlarla göstərilir. 1662—1663 ci illərdə tərtib ediilən xəritələrdə Ondiara adlanırdı. Fransız hərbi xəritələrdə ( Jan-Batiste tərəfindən tərtib edilən (Jean-Baptiste de Couagne)) göl Frontenak ("Lac Frontenac") adını daşıyırdı.

Coğrafiyası Gölün sahəsi 19,5 min. km², dəniz səviyəsindən hündürlüyü 75 m, sahil xətdinin uzunluğu 1146 km, uzunluğu 311 km, eni 85 km, maksimal dərinliyi 244 m, orta dərinliyi 86 m təşkil edir. left|thumb|200px Göllə əlaqəli çaylar: Niaqara çayı (tökülür), Müqəddəs Lavrentiya çayı (başlayır). Gəmiçilik üçün əlverişli kanallar Ontario və Hudzon çayı ilə birbaşa əlaqə yaradır. Əsas lmanları : Toronto, Hamilton, Kinqston (Kanada) və Roçester (ABŞ). Göl böyüklüyünə görə dünyada 14-çü yeri tutur. Göldə gəmiçilik inkişaf etmişdir.

Mənbə Böyük göllər sistemi Göllər

Kateqoriya:Sərhəd gölləri Kateqoriya:Ontario gölləri Kateqoriya:Nyu-York ştatının gölləri Kateqoriya:Böyük göllər Kateqoriya:ABŞ–Kanada sərhədi