Natiq Kamal oğlu Əliyev () — Azərbaycan heykəltaraşı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının xalq rəssamı (2005). Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2023-indi).

Həyatı 1974–1978-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, "Fərqlənmə diplomu" ilə bitirmişdir. 1978–1983-cü illərdə V. Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini də fərqlənmə diplomu ilə başa vurmuşdur. 1980–1983-cü illərdə Lenin təqaüdçüsü olmuşdur.

Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltaraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşımışdır.

Prezident İlham Əliyevin 15 fevral 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Mükafatları Respublika Gənclər Mükafatının laureatı — 1989 Azərbaycan Rəssamlar İttifaqının "Soltan Məhəmməd" mükafatı — 2000 "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 28 dekabr 2005 Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatı — 2008 Avstriyanın I dərəcəli "Cəngavər Ordeni" (Qızıl) — 2015 "Şöhrət" ordeni — 9 avqust 2018

Abidələri Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə. Leninqrad. (Sankt-Peterburq) (memar RSFSR-nın əməkdar memarı Y. N. Lukin).(1985) Əliağa Vahidin abidəsi (Rahib Həsənovla birlikdə) (Bakı, 1990) Heydər Əliyevin abidəsi (memar Vladimir Skulski. Kiyev, 2004) Rumın bəstəkari Corc Eneskunun abidəsi (Bakı, 2006) Heydər Əliyevin abidəsi (Tiflis, 2007) Norveç səyyahı Tur Heyerdalın abidəsi (Şəki, Kiş kəndi) Bəxtiyar Vahabzadənin abidəsi (Şəki, 2010) Heydər Əliyevin abidəsi (Həştərxan, 2010) Memar Zivərbəy Əhmədbəyovun abidəsi (Bakı, 2011) Motsartın abidəsi (Bakı, 2011) Serb yazıçısı Milorad Paviçin abidəsi(Belqrad, 2011) Heydər Əliyevin abidəsi (Belqrad, 2011) Üzeyir Hacıbəylinin abidəsi (Serbiya. Novi-Sad şəhəri, 2011) Xocalı soyqırımı abidəsi (Sarayevo, 2012) Xocalı soyqırımı abidəsi (Mexiko, 2012) Hüseyn Cavidin abidəsi (Montoneqro. Podqoriça, 2013) Knyaz Vladimirin abidəsi (Həştərxan, 2013) Xocalı soyqırımı abidəsi (Ankara, 2013) Dostluq Abidəsi ("Bakı-Həştərxan", 2013) Xocalı soyqırımı abidəsi (Qızılca-Hamam. Türkiyə, 2014) Amaliya Pənahovanın qəbirüstü abidəsi (2019) Frederik Şopenin büstü (2023) Aşıq Ələskərin heykəli (2024)

Memorial növhələr Məmməd Səid Ordubadi (1987) Abdulla Şaiq (1988) Xurşudbanu Natavan (1989) Cəlil Məmmədquluzadə (1992) General-Leytenant Hüseyn Rəsulbəyov (1993) Afiyəddin Cəlilov (1994) Akademik Lətif İmanov (1995) Şövkət Ələkbərova (1996) İlyas Əfəndiyev (1997) Mirvarid Dilbazi (2004) Əli Tudə (2005) Cabir Novruz (2006) Nəsrulla Nəsrullayev (2006) Zeynal Cabbarzadə (2007)

İstinadlar

Kateqoriya:Azərbaycan heykəltaraşları Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar rəssamları Kateqoriya:Azərbaycan Respublikasının xalq rəssamları Kateqoriya:Professorlar Kateqoriya:Natiq Əliyev Kateqoriya:Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri Kateqoriya:SSRİ heykəltaraşları