Rəşad Eyyubov (tam adı: Rəşad Elman oğlu Eyyubov; ) — Azərbaycan U-21 milli futbol komandasının baş məşqçisi və keçmiş futbolçu.
Həyatı Rəşad Eyyubov 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2 yaşı olanda ailəsi ilə birgə Ukraynanın Odessa şəhərinə köçüb.
Rəşad məşhur azərbaycanlı arxeoloq İsaak Cəfərzadənin nəvəsidi.
Azərbaycan, rus, Ukrayna və ingilis dillərində sərbəst danışa bilir.
Karyerası Odessa futbol məktəbinin yetirməsidir. Futbola Odessanın "Çernomorets" komandasının uşaq futbol məktəbində başlayıb. İlk məşqçisi Viktor Zaxaroviç Zubkov olub.
Klub karyerası 2002–2008-ci illərdə "Çernomorets" (Odessa), 2008–2009-cu illərdə "Metallurq" (Donetsk) və 2009–2011-ci illərdə yenidən "Çernomorets"də çıxış edib.
2011-ci ildə Sergey Yuranın çalışdırdığı "Simurq"a transfer olunub.10. Rəşad Eyyubov . simurqpfk.az
Milli komanda 2008-ci ildə Ukrayna U-17 millsinin baş məşqçisi Aleksandr Borisoviç Qolovko tərəfindən yığmaya cəlb edilib. Sonradan Rəşad karyerasını Azərbaycan yığmasının aşağı yaş qruplarında davam edib. 2015-ci ildə "Şaxtyor"la (Donetsk) yoxlama matçında əsas millidə debüt edib.
Məşqçi karyerası Eyyubov futbol karyerasını bitirdikdən sonra "Sabah" klubunda U-19 komandasının, əvəzedici komandanın, o cümlədən əsas komandanın məşqçisi olub. O, 7 yanvar 2025-ci ildə Azərbaycan milli futbol komandasının məşqçisi təyin olunub.
4 oktyabr 2025-ci ildə Eyyubov Azərbaycan U-21 milli futbol komandasının baş məşqçisi təyin olunub.
İstinadlar
Xarici keçidlər 10. Rəşad Eyyubov . simurqpfk.az youtube.com
Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri