Joze Qomis di Voskonselus Jardin (; 1 yanvar 1773 — 1 dekabr 1854) — Braziliyalı həkim, həmçinin hərbi və siyasi xadim. Farrapus müharibəsinin əsas fiqurlarından biri, Riu-Qrandi-du-Sulun müstəqilliyinin tərəfdarı. Riu-Qrandi Respublikasının ikinci prezidenti (1843—1845).

Farrapus üsyani Jardin üsyanın əvvəllərindən onun iştirakçısı, sonradan rəhbəri olmuşdur. Üsyançılar 5 noyabr 1836-cı ildə Riu-Qrandi Respublikası elan edildikdən sonra Bentu Qonsalvisi prezident, Jardini isə vitse-przident təyin edirlər. Ancaq Bentu Qonsalvis əsirlikdə olması səbəbindən onun səlahiyyətləriri Jardin icra edir.

Sentyabr 1837-ci ildə Qondalvis əsirlikdən qaçmağa müvəffəq olur və üsyançılara qoşulur. Mübarizəni davam etdirsə də, 1943-cü ilin avqust ayında üsyançıların rəhbərliyində yaranan fikir ayrılığı səbəbindən istefa verir. Jardin vitse prezident kimi yenidən prezident olur. Onun rəhbərliyi ilə 1845-ci ildə Riu-Qrandi ilə imperiya arasında barışıq sazişi imzalanır.

İstinadlar

Mənbə Informações sobre José Gomes de Vasconcelos Jardim .