Düşmən () — Deni Vilnövün 2013-cü ildə neo-nuar və psixoloji triller janrlarında çəkdiyi film. Kino Joze Saramaqonun "Double" romanının əsasında ekranlaşdırılıb. Ceyk Cillenhol filmdə fiziki cəhətdən eyni, lakin şəxsiyyət baxımından müxtəlif olan iki kişi rolunu birdən canlandırır. Bu 2 şəxsin sevgilliləri rollarını Melani Loran və Sara Qadon almışdı. Film ilk dəfə 2013-cü ildə Toronto Beynəxalq Film Festivalında göstərilmişdir.
“Düşmən” 5 nominasiyada Kanada Film Mükafatını qazanmışdır: Ən yaxşı rejissor (D. Vilynov), İkinci plan qadın rolu (Sara Qadon), Operator işi (Nikolya Boldyuk), Montaj (Metyu Hannam), Orijinal musiqi (Denni Bensi, Sonder Yurriaans). Həmçinin film digər 5 kateqoriyaya namizəd göstərilmişdir: Ən yaxşı film, Uyğunlaşdırılmış ssenari (Havyer Qullon), Kişi rolu (Ceyk Cillenhol), Rəssam işi (Patris Vermett), Vizual effektlər.
Süjet Adam Bell üzgün və dağınıq bir tarix professorudur. O, iş yoldaşlarının birinin tövsiyəsi ilə video prokatdan heç vaxt izləmədiyi komediya filmini alır. Film onun heç cür marağlandıra bilmir, lakin səhnələrin birində ona bənzəyən bir aktyoru görür. O, gördüklərindən heyrətlənir və nə olursa-olsun öz oxşarını tapmaq qərarına gəlir. Bənzər adamlar qarşılaşırlar və onların həyatları başdan ayağa dəyişir.
Rollarda Ceyk Cillenhol — Adam Bell/Entoni Kler Melani Loran — Meri Sara Qadon — Helen İzabella Rossellini — Adamın anası
Təhlil Deni Vilnyov və Ceyk Cillenhol özləri də deyirdilər ki, şüuraltının necədə çətin bir şey olduğunu göstərən film çəkmək istəyirlər. Vilynov üçün Düşmən təkrarlıq haqqındadı: "Eyni səhvləri təkrar etmədən, necə yaşamaq olar?" sualına cavab.
Vilynov fiziki cəhətdən eyni personajlar ilə bağlı bildirmişdi ki: "Bilmirsən, bu iki başqa adamlardı, yada, bəlkə də, şüuraltı baxımdan bir insandı". Cillenhol müsahibələrin birində demişdir ki, Düşmən "Nikahda olan adam haqqındadı, onun arvadı hamilədir, və o, başqa qadınlarla da eşqbazlıq edir. O, ilk öncə öz kimliyini anlamalıdı ki, böyümüş insan kimi həyatına başlaya bilsin".
"Slate" jurnalının müxbiri Forrest Uikman fərz edir ki, "Hekayə xəbərsiz ola ola totalitar dövlətin altında yaşamaq haqqındadı" və əlavə edir ki, mərkəzi paradoks ondan ibarətdir ki, əsas personaj totalitar hökumətlər haqqında hətta mütəxəssis olmasına baxmayaraq, o, şəhərin büründüyü toru görmür, ta ki özü o tora düşənə qədər. Uikmana görə, film totalitar rejimlər yaratmaq meyli insan təbiətin bir hissəsi olduğunu və bu bizim içimzdən gəldiyini göstərir.
Tənqid Düşmən əsasən müsbət rəylər almışdır və Rotten Tomatoes-da 86 rəy əsasında 75% reytinqinə malikdir, 10 ballıq sistem ilə orta hesabla 6.7 qiymətinə sahibdir. "Ümumilikdə müsbət rəylər" göstərməklə, Metacritic-də 26 rəy əsasında 100 balldan 61 ball almağa bacara bilmişdir. Film ümümlikdə 120 kinoteatrlarda göstərilmişdir və ölkə daxilində 1,008,726 $ qazanmışdır, beynəlxalq miqyasda qazancı 2,388,721 $ olmuşdur. Ümümlikdə isə kino 3,397,447$ toplamışdır.
İstinadlar
Kateqoriya:İngiliscə filmlər Kateqoriya:İspaniya filmləri Kateqoriya:Kanada filmləri Kateqoriya:İspaniyanın triller filmləri Kateqoriya:Kanadanın triller filmləri Kateqoriya:2013-cü ilin Kanada filmləri Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:Sürrealist filmlər Kateqoriya:Aktyorlar haqqında filmlər Kateqoriya:Müəllimlər haqqında filmlər Kateqoriya:2013-cü ilin Fransa filmləri Kateqoriya:2013-cü ilin ABŞ filmləri Kateqoriya:Müstəqil Fransa filmləri Kateqoriya:İngiliscə Kanada filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:A24 filmləri Kateqoriya:Fransanın triller filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Erotik triller filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Psixoloji triller filmləri