Həsənəli Qədimov (tam adı: Qədimov Həsənəli Hüseynəli oğlu; ) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı (1995-2000), "Azərpoçt" MMC-də baş direktorun maliyyə məsələləri üzrə müavini (2006–2015)
Həyatı və fəaliyyəti Həsənəli Qədimov 1942-ci il fevralın 25-də Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur."Azərpoçt"un baş direktor müavini dünyasını dəyişib . report.az, 06.06.2015
Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamışdır.
1965-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı ixtisası üzrə mexanika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1973-cü ildə həmin institutu bitirərək Poylu sovxozunda baş mühəndis-mexanik, sovxoz direktoru işləmişdir.
1990–1991-ci illərdə Ağstafa rayon XDS icra komitəsinin sədri, 1992–1995-ci illərdə Poylu sovxozunun direktoru olub.
1995-2000-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
2004-cü ildən "Azərpoçt" MMC-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı ildən ömrünün sonuna qədər isə baş direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb.
6 iyun 2015-ci ildə vəfat edib.Keçmiş icra başçısı vəfat etdi . qafqazinfo.az, 06.06.2015
İstinadlar
Kateqoriya:Ağstafa Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Ağstafa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri