Polyaris () — Marvel Comics personajı. İlk dəfə 1968-ci ilin oktyabrında "İks-adamlar" komiksinin 49-cu sayında peyda olmuşdur. Yaradıcısı Arnold Dreyk və Don Hekdir. Hekayədə atası Maqnitodur.

Haqqında

Əsil adı Lorna Deyndir. Maqnitonun nigahdan olmayan qızı kimi anadan olmuşdur. Həyatı boyunca insanlarla mutantlar arasında sülhü qorumaq uğrunda vuruşmuşdur. Bacarıqları maqnit qalxan və manipulyasiyadır. Lorna atası qədər güclüdür, amma müxtəlif qüvvələr onun güclərindən sui-istifadə etmişlər. Əsasən İks-adamlar komandasının sabiq üzvü olmuş və uzun illər Havoka aşiq olmuşdur.İks-adamlar vol. 1 #58, 1969 Lorna bir neçə dəfə komanda yoldaşları, hətta Havok ilə döyüşmüşdür.

Daha sonra Polarisin mutasiyası güclənmiş, daha dayanıqlı və güclü olmudur. Kölgə Kralı ilə döyüşdükdən sonra X-Faktora qatılmaq qərarı almışdır. Apoklipsisə qalib gəldikdən sonra Maqnito ilə Cənubi Afrika ölkəsi Genoşaya dönmüşdür.

Daha sonra Şia dünyasındakı yeni komandaya qoşulmuş, amma sonda fikrini dəyişdirərək X-Faktora qayıtmışdır.

Video oyunlar

Polyaris personajı indiyə qədər "Lego Marvel Super Heroes", "X-Men Legends II: Rise of Apocalypse", "Ultimate Marvel vs. Capcom 3" və "Uncanny X-Men: Days of Future Past" oyunlarında görünmüşdür. "Lego Marvel Super Heroes" oyununda Tara Stronq tərəfindən səsləndirilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Marvel Comics superqəhrəmanları Kateqoriya:Marvel Comics mutantları Kateqoriya:1968-ci ildə tanıdılan komiks personajları Kateqoriya:Qadın komiks personajları Kateqoriya:Marvel Comics mutatları Kateqoriya:Marvel Comics qadın superqəhrəmanları Kateqoriya:Elektrik və ya maqnetik güclərə malik personajlar Kateqoriya:Seriyalarına görə teleserial personajları