2012 Yay Olimpiya Oyunlarında futbol — 2012-ci ildə Böyük Britaniyada baş tutmuş Yay Olimpiya Oyunlarının futbol turniri. 25 iyul-11 avqust tarixləri arasında baş tutmuşdur. Yeganə idman növü olmuşdur ki, rəsmi 2012 Yay Olimpiya Oyunlarının açılış mərasimi baş tutmamışdan 2 gün əvvəl başlamışdır. Həmçinin London xaricində keçirilən yeganə idman növü olmuşdur. Oyunlar London, Kardiff, Qlazqo, Nyukasl, Mançester və Koventri şəhərlərində keçirilmişdir. Final oyunu Londonda Uembli stadionunda baş tutmuşdur. Turnirdə iştirak etmək üçün FİFA-ya bağlı olan federasiyalara göndərilən dəvətlər əsasında federasiyalar U-23 kişi millilərini və əsas qadın millilərini göndərmişlər. Turnirdə ümumilikdə 504 futbolçu iştirak etmişdir.

Kişilərin turniri 16 komanda, qadınların turniri 12 komanda ilə keçirilmişdir. Turnirin püşkü 24 aprel 2012-ci ildə atılmışdır.

Stadionlar

Oyunlar ümumlikdə 6 stadionda keçirilmişdir. Stadionlar İngiltərənin müxtəlif bölgələrində, həmçinin Şotlandiya və Uelsdə yerləşirdilər. LondonMançesterUembli stadionuOld TraffordTutumu: 90,000Tutumu: 76,212150px|150px|KardiffNyukaslMillennium stadionuSent Ceyms ParkTutumu: 74,500Tutumu: 52,387150px|150px|QlazqoKoventriHampden ParkRikox ArenaTutumu: 52,103Tutumu: 32,500150px|150px Qeyd: Turnir müddətində Rikox Arena kommersiya məqsədli ada sahib olduğu üçün Koventri Şəhər stadionu adı ilə tanınmışdır.

Oyun proqramı

İştirakçı komandalar Kişilər

Qitə Tarix Yer Say Komandalar Əsas komandaFİFA sıralamasında Ev sahibi – 1 Böyük Britaniya 4 Asiya 29 mart 2012 Müxtəlif (ev və səfər) 3 Cənubi Koreya Yaponiya BƏƏ 282087 Afrika 10 dekabr 2011 Mərakeş 3 Qabon Mərakeş Misir 457142 Şimali Amerika 2 aprel 2012 ABŞ 2 Meksika Honduras 1963 Cənubi Amerika 12 fevral 2011 Peru 2 Braziliya Uruqvay 113 Okeaniya 25 mart 2012 Yeni Zelandiya 1 Yeni Zelandiya 95 Avropa 25 iyun 2011 Danimarka 3 İspaniya İsveçrə Belarus 12177 Pley-off 23 aprel 2012 Böyük Britaniya 1 Seneqal 61 Cəmi 16

Qadınlar Qitə Tarix Yer Say Komandalar FİFA sıralaması Ev sahibi – 1 Böyük Britaniya 9 Asiya 11 sentyabr 2011 Çin 2 Yaponiya Şimali Koreya 38 Afrika 22 oktyabr 2011 – 2 CAR Kamerun 6150 Şimali Amerika 29 yanvar 2012 Kanada 2 ABŞ Kanada 17 Cənubi Amerika 21 noyabr 2010 Ekvador 2 Braziliya Kolumbiya 528 Okeaniya 4 aprel 2012 – 1 Yeni Zellandiya 23 Avropa 17 iyul 2011 Almaniya 2 İsveç Fransa 46 Cəmi 12

İstinadlar

Kateqoriya:Futbol turnirləri