Elvin Əhmədov () — Azərbaycan kino rejissoru və aktyoru.
Həyatı Elvin Əhmədov 1990-cı il fevralın 3-də Salyanda anadan olub. Bakı şəhəri Nizami Rayonundaki 10 saylı məktəbdə təhsil alıb. 2007-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar və tədbirlər rejissoru fakültəsinə qəbul olub. 2008–2009-cu illərdə Dövlət Sərhəd qoşunlarında xidmət edib. onlarla film və seriallarda fərqli obrazlar yaradıb. Baş rolda iştirak etdiyi "Dolu" bədii filmi 2013-cü ildə "Zirvə" mükafatına layiq görülüb.
24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.
Yaradıcılığı "Tufanlı səma", "Sənin deyil", "İkinci bahar", "Qanun naminə", "Son hədd", "Sənə inanıram", "Sübhün səfiri", "Tərsinə çevrilən dünya", "Durnalar Qayıdanda", "Biznesmen", "Həyatımın rolu" kimi ekran işlərində aktyor və rejissor (və rej.assist.) kimi çalışıb. Elvin Əhmədovun quruluşçu rejissor kimi ilk lentə aldığı film "Sara" filmidir."Sara" filmi detektiv, triller janrinda çəkilib. Filmdə Elvin Əhmədov Xalq artisti Rasim Balayevlə tərəf müqabili olub.
Filmoqrafiya Tərsinə çevrilən dünya (film, 2011) Dolu (film, 2012) Sübhün səfiri (film, 2012) Son hədd (film, 2013) İkinci bahar (serial, 2014) — Zeynal 28 iyun (film, 2016) Sənin deyil (serial, 2016) — Cavid Sara (film,2017) Həyatımın rolu (film,2016) Ata ocağı (film, 2017) — Emin. Savaşçı (türk teleserial) — Məmmədəmin
İstinadlar
Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları