Azərbaycan — 2015-ci ildə baş tutan I Avropa Oyunlarında. 12–28 iyun tarixlərində baş tutan I Avropa Oyunları Azərbaycan Milli Komandası 29 idman növü üzrə 289 idmançı ilə təmsil olundu. Azərbaycan I Avropa Oyunlarını 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) başa vurdu. Bu nəticələrə əsasən Azərbaycan medal sıralanmasında Rusiyadan sonra 2-ci pillədə qərarlaşdı.

Azərbaycan idmançıları 29 idman növündən 12-də medala sahib oldu. Karateçilər Firdovsi Fərzəliyev, Rafael Ağayev, İrina Zaretsja və Ayxan Mamayev, yunan-roma güləşçiləri Rəsul Çunayev və Elvin Mürsəliyev, qadın güləşçiləri Mariya Stadnij və Anjela Doroqan, sərbəst güləşçilər Toğrul Əsgərov və Xetaq Qazyumov, taejvondoçular Ayxan Tağızadə, Milad Beygi və Radij İsayev, idman gimnastı Oleq Stepjo, bojsçular Teymur Məmmədov, Elvin Məmişzadə, Lorenso Sotomayor, Albert Səlimov, Pərviz Bağırov və Abdulqədir Abdullayev, para-cüdoçu İlham Zəjiyev I Avropa Oyunlarının qalibləri oldular.

Medalçıların siyahısı Azərbaycan Milli Komandası I Avropa Oyunlarını 25 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) başa vurdu. MedalMedalçıİdman növüYarışTarix24x24pxFirdovsi FərzəliyevKarateKişilər, Kumite, −60 kq13 iyun24x24pxRəfael AğayevKarateKişilər, Kumite, −75 kq24x24pxRəsul ÇunayevGüləşKişilər, yunan-roma, 71 kq24x24pxİrina ZaretskaKarateQadınlar, Kumite, −68 kq14 iyun24x24pxAyxan MamayevKarateKişilər, Kumite, −84 kq24x24pxElvin MürsəliyevGüləşKişilər, yunan-roma, 75 kq24x24pxMariya StadnikGüləşQadınlar, sərbəst, 48 kq15 iyun24x24pxAnjela DoroqanGüləşQadınlar, sərbəst, 53 kq16 iyun24x24pxToğrul ƏsgərovGüləşKişilər, sərbəst, 65 kq17 iyun24x24pxXetaq QazyumovGüləşKişilər, sərbəst, 97 kq24x24pxAyxan TağızadəTaekvondoKişilər, −68 kq24x24pxMilad BeigiTaekvondoKişilər, −80 kq18 iyun24x24pxRadik İsayevTaekvondoKişilər, +80 kq19 iyun24x24pxOleq Stepkoİdman gimnastikasıKişilər, parallel qollar20 iyun24x24pxTeymur MəmmədovBoksKişilər, 81 kq25 iyun24x24pxElvin MəmişzadəBoksKişilər, 52 kq26 iyun24x24pxLorenso SotomayorBoksKişilər, 64 kq24x24pxİlham ZəkiyevCüdoKişilər, gözdən əlil idmançılar, +90 kq24x24pxAlbert SəlimovBoksKişilər, 60 kq27 iyun24x24pxPərviz BağırovBoksKişilər, 69 kq24x24pxAbdulqədir AbdullayevBoksKişilər, 91 kq24x24pxRafiq HüseynovGüləşKişilər, yunan-roma, 80 kq13 iyun24x24pxSabah ŞəriətiGüləşKişilər, yunan-roma, 130 kq14 iyun24x24pxValentin DemyanenkoKanoe sprintKişilər, Kanoe, 200 m.16 iyun24x24pxOleq Stepkoİdman gimnastikasıKişilər, çoxnövçülük18 iyun24x24pxFəridə ƏzizovaTaekvondoQadınlar, −67 kq24x24pxOleq Stepkoİdman gimnastikasıKişilər, gimnastika atı20 iyun24x24pxMarina DurundaBədii gimnastikaQadınlar, lent, fərdi21 iyun24x24pxNəzakət XəlilovaSamboQadınlar, −52 kq22 iyun24x24pxİslam QasımovSamboKişilər, −57 kq24x24pxAmil QasımovSamboKişilər, −74 kq24x24pxVasif SəfərbəyovSamboKişilər, +100 kq24x24pxOrxan SəfərovCüdoKişilər, −60 kq25 iyun24x24pxSevil BünyatovaQılıncoynatmaQadınlar, sablya, fərdi24x24pxSəbinə AbdullayevaCüdoQadınlar, gözdən əlil idmançılar, −57 kq26 iyun24x24pxXaybula MusalovBoksKişilər, 75 kq27 iyun24x24pxİlahə QasımovaKarateQadınlar, Kumite, −55 kq13 iyun24x24pxNiyazi ƏliyevKarateKişilər, Kumite, −67 kq24x24pxElman MuxtarovGüləşKişilər, yunan-roma, 59 kq24x24pxRostislav PevtsovTriatlonKişilər14 iyun24x24pxHəsən ƏliyevGüləşKişilər, yunan-roma, 66 kq24x24pxEldar Səfərov Oleq Stepko Petro Paxnyukİdman gimnastikasıKişilər, Komanda15 iyun24x24pxNataliya SinişinGüləşQadınlar, sərbəst, 55 kq24x24pxPatimat AbakarovaTaekvondoQadınlar, −49 kq16 iyun24x24pxCəbrayıl HəsənovGüləşKişilər, sərbəst, 74 kq17 iyun24x24pxHacı ƏliyevGüləşKişilər, sərbəst, 61 kq18 iyun24x24pxRuslan DibirhacıyevGüləşKişilər, sərbəst, 70 kq24x24pxCamaləddin MəhəmmədovGüləşKişilər, sərbəst, 125 kq24x24pxOleq Stepkoİdman gimnastikasıKişilər, dayaqla tullanma20 iyun24x24pxİlya QrişuninBatut gimnastikasıKişilər, fərdi21 iyun24x24pxTayfur ƏliyevBoksKişilər, 56 kq24 iyun24x24pxAnna ƏlimərdanovaBoksQadınlar, 51 kq25 iyun24x24pxMəhəmmədrəsul MəcidovBoksKişilər, +91 kq24x24pxSevinc BünyatovaQılıncoynatmaQadınlar, sablya, fərdi24x24pxYana AlekseyevaBoksQadınlar, 57 kq26 iyun24x24pxZakir MislimovCüdoKişilər, gözdən əlil idmançılar, +90 kq

Nəticələri Boks

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu

Birinci Avropa Oyunlarında bu idman növü üzrə turnirlər 13-27 iyunda Kristal Zalında baş tutdu. Azərbaycan bu idman növü üzrə 15 idmançı təmsil etdi. Komandanın heyətinə titullu və təcrübəli idmançılar — Olimpiya Oyunlarının medalçıları Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov, Dünya çempionu Albert Səlimov, Dünya Çempionatının finalçısı Yana Alekseyeva, Avropa çempionları Salman Əlizadə və Yelena Vıstropova, Avropa Çempionatının medalçıları Elvin Məmişzadə və Leyla Cavadova, gənc idmançılar Tayfur Əliyev, Pərviz Bağırov və Anaxanım Ağayeva, həmçinin Lorenso Sotomayor, Xaybula Musalov, Abdulqədir Abdullayev və Anna Əlimərdanova cəlb edildi.

Birinci Avropa Oyunlarının nəticələrinə əsasən Azərbaycan yığması turniri 6 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurdu. Komanda bu nəticələrə əsasən qeyri-rəsmi medal sıralanmasından birinci pillənin sahibi oldu.

Kişilərin 49 Kq. turnirində Azərbaycanı 2011-ci il Avropa Çempionatının qalibi, 22 yaşlı Salman Əlizadə təmsil etdi. Təsnifat mərhələsindən azad olan Salman Əlizadə turnirin 1/4 final mərhələsində İrlandiya nümayəndəsi Brendan İrvine ilə üz-üzə gəldi. İyunun 22-də baş tutan görüşdə Salman Əlizadə rəqibinə məğlub oldu (1:2) və Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu.

thumb|350x350px|alt=|Elvin Məmişzadə Avropa Oyunlarının final görüşündə İtaliya nümayəndəsi Vinçenzo Piardiyə qalib gəlir Kişilərin 52 Kq. turnirində Azərbaycanı son Avropa Çempionatının bürünc medalçısı olan 24 yaşlı Elvin Məmişzadə təmsil etdi. Təsnifat mərhələsindən azad olan Elvin Məmişzadə turnirin 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Miles Kasey ilə üz-üzə gəldi. İyunun 20-də baş tutan görüşdə Elvin Məmişzadə rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Daniel Asenov oldu. İyunun 22-də baş tutan görüşdə Elvin Məmişzadə rəqibinə qalib gəldi (2:1) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Almaniya nümayəndəsi Həmzə Tuba oldu. İyunun 25-də baş tutan görüşdə Elvin Məmişzadə rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi İtaliya nümayəndəsi Vinçenzo Piardi oldu. Rəqib Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının medallarına sahib olan təcrübəli idmançı idi. İyunun 26-da baş tutan final görüşündə Elvin Məmişzadə rəqibi üzərində qələbə qazandı (3:0). Bununla da Elvin Məmişzadə Birinci Avropa Oyunlarının qalibi oldu. Təltifetmə mərasimi zamanı Avropa Oyunlarının qızıl medalını ona Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.

Kişilərin 56 Kq. turnirində isə Azərbaycanı 18 yaşlı Tayfur Əliyev təmsil etdi. Təsnifat mərhələsindən azad olan Tayfur Əliyev turnirin 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Nicolae Andreyana ilə üz-üzə gəldi. Həmin görüşdə Tayfur Əliyev rəqibi üzərində qələbə qazandı (3:0). Bununla da Tayfur Əliyev turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Danimarka nümayəndəsi Frederix Yensen oldu. İyunun 22-də baş tutan görüşdə Tayfur Əliyev rəqibinə qalib gəldi (2:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Bəxtiyar Nəzirov oldu. İyunun 24-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tayfur Əliyev rəqibinə məğlub (1:2). Bununla da Tayfur Əliyev Birinci Avropa Oyunlarını bürünc medalla başa vurdu.

Kişilərin 60 Kq. turnirində Azərbaycanı Dünya və Avropa Çempionatlarının qalibi, 28 yaşlı Albert Səlimov təmsil etdi. Təsnifat mərhələsindən azad olan Albert Səlimov turnirin 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Otar Eranosyan ilə üz-üzə gəldi. İyunun 20-də baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Elian Dimitrov oldu. Bu görüşdə də Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi İrlandiya nümayəndəsi Sean Komb oldu. İyunun 26-da baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Fransa nümayəndəsi Sofian Oumiha oldu. İyunun 27-də baş tutan final görüşündə Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu.

thumb|350x350px|alt=|Lorenso Sotomayor Avropa Oyunlarının final görüşündə İtaliya nümayəndəsi Vinçenzo Manciaçapre ilə üz-üzə gəlir|left Kişilərin 64 Kq. turnirində Azərbaycanı 30 yaşlı Lorenso Sotomayor təmsil etdi. Lorenso Sotomayorun turnirin təsnifat mərhələsində rəqibi Sloveniya nümayəndəsi Edin Secdinoviç oldu. İyunun 18-də baş tutan görüşdə Lorenso Sotomayor rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Moldova təmsilçisi Dmitri Galagot oldu. İyunun 20-də baş tutan görüşdə Lorenso Sotomayor rəqibinə qalib gəldi (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rumıniya nümayəndəsi Daniel Niculescu oldu. Həmin görüşdə də Lorenso Sotomayor rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Ukrayna təmsilçisi Vihtor Petrov oldu. İyunun 25-də baş tutan görüşdə Lorenso Sotomayor bu səfərdə rəqibindən üstün oldu — 3:0. Bununla da Lorenso Sotomayor Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi 2012-ci il London Olimpiadasının bürünc medalına sahib olan İtaliya nümayəndəsi Vinçenzo Manciaçapre oldu. İyunun 26-da baş tutan final görüşündə Lorenso Sotomayor rəqibindən üstün oldu. Nəticədə Lorenso Sotomayor rəqibi üzərində qələbə qazandı (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu. Təltifetmə mərasimi zamanı Avropa Oyunlarının qızıl medalını ona Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.

Kişilərin 69 Kq. turnirində Azərbaycanı 20 yaşlı Pərviz Bağırov təmsil etdi. Təsnifat mərhələsindən azad olan Pərviz Bağırov turnirin 1/8 final mərhələsində Moldova nümayəndəsi Vasil Belus ilə üz-üzə gəldi. İyunun 20-də baş tutan həmin görüşdə Pərviz Bağırov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Almaniya nümayəndəsi Abbas Barau oldu. Bu görüşdə də Pərviz Bağırov rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Coş Kelli oldu. İyunun 26-da baş tutan həmin görüşdə Pərviz Bağırov rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi son Avropa Çempionatının qalibi olan Rusiya nümayəndəsi Olesandr Besputin oldu. İyunun 27-də baş tutan final görüşündə Pərviz Bağırov rəqibinə qalib gəldi (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu.