Kərim Yaycılı — azərbaycan mühacir şairi.

Həyatı Kərim Yaycılı 1913-cü ildə anadan olub. Naxçıvanın Yaycı kəndində anadan olmuşdur. Ermənilərlə azərbaycanlılar arasında olan mübahisələr səbəbilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) ailəsiylə birlikdə Gəncəyə gəlir, bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra isə Türkiyəyə qaça bilir. Burada hərbi təhsil alır və bir müddət orduda xidmət edir. Sonralar dövlət konservatoriyasında və dövlət teatrlarında çalışmışdır. İlk şeirləri 1934-cü ildən etibarən Məhəmməd Əmin Rəsulzadənin Berlində nəşr etdirdiyi "Qurtuluş" jurnalında dərc olunur.https://oaji.net/articles/2016/1037-1461258084.pdf Daha sonralar şeir və hekayələri Ankarada nəşr edilən "Azərbaycan" jurnalında çıxır. Azərbaycan Milli Mərkəzinin və Müsavat Partiyası Ankara Təşkilatının üzvü idi. "Türk birliyi" adlı jurnal nəşr etmişdir. Şeirlərinin böyük bir qismi "Azərbaycan, Qafqaz, Anadolu" adlı kitabda toplanıb.

Onun yaradıcılığında əsas motiv Azərbaycan həsrəti və onun istiqlaliyyətinə inam duyğusu olmuşdur.https://525.az/news/212380-veten-millet-ve-hesret-sairi-kerim-yaycili--abid-tahirli-yazirhttps://www.researchgate.net/publication/374477007_Krim_Yaycili

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan mühacirət ədəbiyyatı Kateqoriya:Azərbaycan şairləri